Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 17:44

Assad Rusiya,İran və “Hizbullah” hərəkatına təşəkkür edib


Bashar al-Assad

Suriya prezidenti Bashar Assad deyir ki, onun ordusu Rusiya, İran vəLivandakı “Hizbullah” hərəkatı da daxil olmaqla müttəfiqlərinin dəstəyi ilə Qərbin Suriya hökumətini devirmək cəhdini pozdu.

“Onların birbaşa siyasi, iqtisadi və hərbi dəstəkləri döyüş meydanında böyük uğurlara səbəb oldu, itkilər və müharibənin ağırlıqlarını azaltdı”Assad avqustun 20-də televiziya ilə çıxışında deyib.

Amma Assad qeyd edib ki, döyüş davam edir və 6 ildən çoxdur ki, davam edən vətəndaş müharibəsində qələbədən danışmaq hələ ki, tezdir.

Assad deyib ki, Suriyadakı “terrorçuları” dəstəkləyən ölkələrlə diplomatik və ya digər formatda münasibətlər qurulmayacaq.

O, Moskvanın Suriyada atəşkəs səylərini müsbət qiymətləndirib və Dəməşqin bu təşəbbüsün uğurlu olmasında maraqlı olduğunu deyib.

O, eyni zamanda ABŞ-ın Suriyada “təhlükəsizlik zonası” yaradılması təklifini tənqid edib.

Assad deyib ki, bu cür zona yalnız “terrorçuları qoruyacaq”.

6 ildən çoxdur ki, davam edən Suriya müharibəsində 270 mindən çpx adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG