Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 23:54

Türkiyə Almaniyaya etiraz notası verdi


Tayyip Erdogan

Türkiyə Almaniyaya etiraz notası verib.

Hurriyet.com və digər yerli kütləvi informasiya vasitələrinin (KİV) verdikləri məlumata görə,

buna səbəb 2016-cı il iyulun 15-də Türkiyədə edilən uğursuz qiyam cəhdinin əsas koordinatoru hesab olunan Adil Öksüzün Almaniyada gizlənməsidir.

Kütləvi informasiya vasitələri yazır ki, rəsmi Ankara buna görə Almaniyaya nota göndərərək onun verilməsini tələb edib.

Qeyd edək ki, Türkiyə hakmiyyəti hazırda ABŞ-da olan ilahiyatçı Fətullah Güleni həmin qiyam cəhdinin əsas təşkilatçısı hesab edir və onun da verilməsini tələb edir.

Qiyam cəhdindən sonra Türkiyədə 160-dan çox mətbuat orqanı bağlanıb,150 mindən artıq adam, iştən kənarlaşdırılıb, təxminən 50 min nəfərsə həbs edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG