Keçid linkləri

Təcili xəbərlər
2018, 28 May, Bazar ertəsi, Bakı vaxtı 07:23

Məhkəmə Xədicə İsmayılın ölkədən çıxışına icazə vermədi


Xədicə İsmayıl

Bu gün, avqustun 10-da Binəqədi Rayon Məhkəməsi araşdırmaçı jurnalist, AzadlıqRadiosu-nun əməkdaşı Xədicə İsmayılın ölkədən çıxışına qoyulan qadağanı qaldırmaqdan imtina edib.

Xədicə İsmayıl korrupsiya ilə mübarizə sahəsində nüfuzlu “Allard Prize” mükafatına 3 əsas namizəddən biridir. Mükafat sentyabrın 28-də Kanadada təqdim ediləcək. Təqdimat mərasiminə dəvətli olan jurnalist ölkədən çıxışına qoyulan qadağanın götürülməsindən ötrü məhkəməyə müraciət etmişdi.

Buna da bax:​ Dinləmələr öncəsi Xədicə İsmayılın işığı söndürülüb, amma...

Jurnalistin müraciətinə Binəqədi Rayon Məhkəməsinin hakimi Rəşad Əliyev baxıb. O, müraciəti rədd edib.

X.İsmayıl qərarla razılaşmadıqlarını, yuxarı məhkəmə instansiyalarına şikayət ediləcəyini bildirib.

O, bundan öncə də səfər qadağasının qaldırılması ilə bağlı məhkəməyə müraciət etmişdi. Həmin müraciət də rədd edilmişdi.

İlk iş üzrə artıq, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərilib.

Buna da bax: R.Cekuta: 'AzadlıqRadiosu Amerika üçün çox vacib məsələdir'

XATIRLATMA

X.İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunmuşdu. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası almışdı.

Jurnalist 2016-cı il mayın 25-də Ali Məhkəmənin qərarı ilə həbsdən buraxılıb. Əvvəlki hökm 3 il 6 ay şərti cəza ilə əvəz edilib. Avqustda isə Cinayət Məcəlləsinə dəyişikliklərdən sonra şərti cəzanın müddəti 2 il 3 aya endirilib. Ancaq şərti cəza ilə əlaqədar jurnalistə Ali Məhkəmənin təyin etdiyi 5 il sınaq müddəti elə olduğu kimi saxlanılıb.

X.İsmayıl həbsdən buraxılsa da, ölkədən kənara buraxılmır. Ölkədən çıxışına qoyulan qadağanın aradan qaldırılmasından ötrü Binəqədi Rayon Məhkəməsinə müraciət etsə də, şikayəti təmin olunmayıb. Bakı Apellyasiya Məhkəməsi də o qərarı qüvvədə saxlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG