Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 03:52

R.Cekuta: 'AzadlıqRadiosu Amerika üçün çox vacib məsələdir'


Robert Cekuta

«AzadlıqRadiosunun ofisinin qapadılması, saytının bloklanması Amerika Birləşmiş Ştatları üçün çox vacib bir məsələdir».

ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta «Amerikanın Səsi»nə müsahibəsində belə deyib.

Səfir məsələnin Azərbaycan hökuməti ilə müzakirə edildiyini bildirib.

«Məsələnin vacibliyini vurğulamaq istəyirəm. Biz bu məsələni Azərbaycan hökuməti ilə müzakirə edirik. Sadəcə olaraq, bu diplomatik müzakirələr olduğundan detalları barədə danışmaq istəməzdim».

AzadlıqRadiosunun Azərbaycandakı perspektivlərinə gəlincə, səfir təkrar vurğulayıb ki, bu, ABŞ üçün çox vacib bir məsələdir.

«ABŞ bu məsələnin Amerika-Azərbaycan münasibətlərində çox vacib olduğunu yenidən anlayır və başa düşür», - səfir əlavə edib.

XATIRLATMA

AzadlıqRadiosunun Bakı bürosu 2014-cü ilin dekabrında möhürlənib. Bundan bir qədər öncə isə radionun araşdırmaçı-jurnalisti Xədicə İsmayıl həbs olunub. Bütün ittihamları rədd edən jurnalist ötən il mayın 25-də Ali Məhkəmənin qərarı ilə 3 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzası ilə sərbəst buraxılıb. Jurnalist həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu deyir.

Bu ilin mayında Səbail rayon Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müraciəti əsasında radionun saytını bloklayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG