Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Sentyabr, bazar, Bakı vaxtı 10:39

Dinləmələr öncəsi Xədicə İsmayılın işığı söndürülüb, amma...


Xədicə İsmayıl texniki vasitələrlə dinləmələrdə iştirak edir

Bu gün, fevralın 6-sı Avropa Parlamentində Azərbaycanda insan haqlarının durumu ilə bağlı dinləmələr keçirilir.

Müzakirələrə internet üzərindən qatılmalı olan jurnalist Xədicə İsmayılın isə işığı və interneti kəsilib.

Bu haqda X. İsmayılın özü bilgi verib.

“Avropa Parlamentində Azərbaycanda insan hüquqlarının pozulması mövzusunda dinləmələrin başlamasına 15 dəqiqə qalmış elektrik enerjisi kəsildi. İnternet və elektrik kəsilmiş durumdadır”, jurnalist bildirib.

Buna da bax:​ Avropa Parlamentində Azərbaycanla bağlı dinləməl keçirilir

Bununla belə, Xədicə İsmayıl “alternativ vasitələrdən istifadə edirik”, deyib.

XATIRLATMA

X. İsmayıl şərti azadlıqdan məhrumetmə cəzası çəkir və buna görə, onun ölkədən çıxışına qadağa qoyulub.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunmuşdu. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası almışdı.

Lakin o, ittihamları qəbul etmirdi və korrupsiya araşdırmalarına görə həbs olunduğunu bildirirdi.

Buna da bax: İlham Əliyev Avropa Parlamenti rəhbəri ilə görüşməyib, səbəbi...

X. İsmayıl ötən il mayın 25-də Ali Məhkəmənin qərarı ilə 3 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzası ilə sərbəst buraxılıb.

XS
SM
MD
LG