Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 12:03

İlham Əliyev Avropa Parlamenti rəhbəri ilə görüşməyib, səbəbi...


Antonio Tajani/

Brüsseldə səfərdə olan prezident İlham Əliyevin fevralın 6-da Avropa Parlamentinin yeni sədri Antonio Tajani ilə planlaşdırılan görüşünü ləğv etdiyi bildirilir.

Bu haqda Avropa Parlamentinin toplantıları və müzakirələrin icmalını təqdim edən internet səhifəsi xəbər verir.

Xəbərdə qeyd edilir ki, İlham Əliyev Avropa Birliyinin ali təmsilçisi Federika Mogherini, ardınca AB-nin enerji komissarı Maros Sevcovic ilə görüşüb.

Buna da bax:​ Avropa Parlamentində Azərbaycan dinləmələri

“Prezident Əliyev Avropa Parlamenti sədri Antonio Tajani ilə öncədən planlanan görüşməsini ləğv etdi”, xəbərdə vurğulanır.

Buna səbəb kimi Avropa Parlamentində İlham Əliyevin görüşü ilə eyni vaxtda Azərbaycandakı insan haqlarının durumu ilə bağlı dinləmələrin keçirilməsi və habelə Human Rights Watch beynəlxalq hüquq müdafiə təşkilatının AB-yə müraciəti göstərilir. Həmin müraciətdə Avropa Birliyindən Azərbaycanla münasibətlərdə insan haqlarına önəm verməsi istənilirdi.

Xəbərdə həmçinin Avropa Parlamentinə toplaşan hüquq müdafiə təşkilatlarının, hüquq müdafiəçilərinin İlham Əliyevin A.Tajani ilə görüşü ləğv etməsini qınadıqları bildirilir.

Buna da bax: HRW: 'AB Azərbaycan hökumətinə təzyiq göstərsin'

Ancaq Azərbaycanın rəsmi qurumları bu görüşün ləğv edilməsi və onun səbəbi ilə bağlı, hələlik, hər hansı açıqlama verməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG