Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 04:54

Havanın sərinləşəcəyi, dağlarda leysan gözlənir


Yağış

Avqustun 10-u Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir. Ancaq səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Abşeronda gecə 25-28, gündüz 32-37, Bakıda gecə 26-28, gündüz 34-36 dərəcə isti gözlənilir.

Avqustun 10-u səhər və gündüz bəzi yerlərdə də şimşək çaxacağı, yağış yağacağı bildirilir. Böyük Qafqazın ayrı-ayrı yerlərində yağıntının leysan xarakterli olacağı ehtimal edilir. Gecə 21-26, gündüz 35-40, dağlarda gecə 17-22, gündüz 27-32 dərəcə isti təxmin edilir.

Bu gün, avqustun 9-u Bakıda 41, bəzi rayonlarda isə 43 dərəcə isti olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG