Keçid linkləri

Təcili xəbərlər
2018, 22 May, çərşənbə axşamı, Bakı vaxtı 02:27

Rusiyalı müxalifətçi Sergei Udaltsov azadlığa çıxdı


Sergei Udaltsov

“Sol cəbhə” hərəkatının koordinatoru Sergei Udaltsov azadlığa çıxdı.

Bu barədə Feysbukda onun həyat yoldaşı Anastasiya məlumat yayıb.

Onun sözlərinə görə, Udaltsov avqustun 10-da mətbuat konfransı keçirəcək.

Moskva şəhər məhkəməsi 2014-cü ilin iyulunda Udaltsov və onun tərəfdaşı Leonid Razvozjaevi kütləvi hərc-mərclik təşkil etmək ittihamı ilə4,5 il həbs cəzasına məhkum eləmişdi.

Amma onlar ittihamı rədd edirlər.

Razvozjaev aprelin əvvəllərində azadlığa çıxıb.

Avqustun sonunda isə “Bolotnaya” işi ilə bağlı daha bir müttəhim İvan Nepomnyashi-nin azadlığa çıxacağı gözlənilir.

2012-ci il mayın 6-da Moskvanın “Bolotnaya” meydanında keçirilən etiraz aksiyası zamanı polislə nümayişçilər arasında toqquşma baş verdi.

Nəticədə yüzlərlə aksiyaçı saxlandı və onlardan 35 -i cinayət məsuliyyətinə cəlb edildi.

Hüquq müdafiəçiləri deyir ki, toqquşmanı hakimiyyətin özü təşkil edib və həbs olunanların hamısı siyasi məhbuslardır.

Günün bütün mövzuları

XS
SM
MD
LG