Keçid linkləri

2017, 27 İyul, Cümə axşamı, Bakı vaxtı 08:59

Bu gün, iyulun 17-də Azərbaycan və Latviya prezidentlərinin görüşündən sonra iki ölkə arasında sənədlərin imzalanması mərasimi olub.

Prezidentlər İlham ƏliyevRaimonds Vējonis «Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə»ni imzalayıblar.

Bundan başqa, Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Latviya Nəqliyyat Nazirliyi arasında beynəlxalq kombinə edilmiş yükdaşımaları haqqında Anlaşma Memorandumu imzalanıb.

Habelə, Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə Latviya İqtisadiyyat Nazirliyi arasında da tikintidə təhlükəsizliyə dövlət nəzarəti sahəsində əməkdaşlıq haqqında saziş bağlanıb.

İki ölkə arasında təhsil sahəsində əməkdaşlıq haqqında da saziş imzalanıb.

Azərbaycan və Latviya prezidentləri görüşüb

Bu gün, iyulun 17-də Riqada Azərbaycan prezidenti İlham Əliyev və Latviya Respublikasının dövlət başçısı Raimonds Vējonis-in təkbətək görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib.

İki ölkə arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyəti, inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılıb, bu əlaqələrin daha da genişləndirilməsi imkanları müzakirə edilib.

Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İ.Əliyev iyulun 16-da Latviya paytaxtı Riqaya səfər edib.

Bu səfər çərçivəsində Riqada Azərbaycan-Latviya biznes-forumu keçirilməlidir. Tədbiri Latviyanın İnvestisiya və İnkişaf Agentliyi təşkil edir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG