Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 16:27

Poroshenko:"Avropa Birliyi ilə asosasiya sazişi Kremlin məğlubiyyətidir"


Petro Poroshenko

Ukrayna prezidenti Petro Poroshenko Avropa Birliyi ilə Ukrayna arasındakı asosasiya sazişini “Kremlin məğlubiyyəti” adlandırıb.

Lenta.ru-nun məlumatına görə, o bunu iyulun 11-də özününü Feysbuk səhifəsində yazıb.

“Bu razılaşma Avromaydanın əsas tələb və gözləntilərindən biri idi. Və mən birgə səylərlə buna nail olmağımızdan mıəmnunam. Bütün vasitələrini buna qarşı yönəldən Kremlsə benəlxalq qanunu pozdu, Ukraynaya qarşı təcavüzə başladı və növbəti məğlubiyyətə uğradı” Poroshenko yazır.

Avropa Birliyi ilə vizasız rejimin Ukraynaya nə verəcəyinə gəldikdə isə Poroshenko yazır ki, iyulun 12-də Kiyevdə keçiriləcək Ukrayna-Avropa Birliyi sammitində gələcək tərəfdaşlığın detalları müzakirə olunacaq.

Avropa Şurası iyulun 11-də Ukrayna ilə asosasiya sazişini təsdiqləyib. Sənədin sentyabrın 1-dən qüvvəyə minəcək.

Bu saziş 2014-cü ildə imzalansa da onu Avropa Birliyinin bütün üzvləri də təsdiqləməli idi.

Sonuncu Avropa Birliyi ölkəsi Niderland da bu sənədi iyunun 14-də ratifikasiya elədi.

Bunadək tərəflər arasında iqtisadi münasibətlər və azad ticarət zonası barədə müvəqqəti razılaşma mövcud idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG