Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 09:57

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin birinci yarısında Azərbaycana 3 min 483 ədəd avtonəqliyyat vasitəsi gətirilib. Bu, 2016-cı ilin eyni dövründəkindən 910 ədəd çoxdur.

Xaricdən alınan minik avtomobillərinin sayı isə 2 min 971 olub. Bu göstərici, ötən ilkindən 33 faiz çoxdur.

DGK-nin məlumatına görə, idxalda bu il Rusiya istehsalı minik avtomobillərinin xüsusi çəkisi artmaqdadır. Bu əhalinin getdikcə ucuz avtomobillərə üstünlük verməsi ilə izah edilir. Əhali Rusiyadan sonra Almaniya və Koreya avtomobillərinə üstünlük verir.

2017-ci ilin 5 ayının göstəriciləri əvvəlki ilin uyğun dövrü ilə müqayisə olunduqda artım 19 faiz təşkil etmişdi.

Artım ölkədə işgüzar aktivliyin nisbətən çoxalması ilə izah olunur.

Ancaq ötən il avtomobil idxalının əvvəlki illə müqayisədə 6-7 dəfə azaldığı bildirilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG