Keçid linkləri

Təcili xəbərlər
2021, 25 İyun, Cümə, Bakı vaxtı 05:46

"Rosneft" güclü haker hücumuna məruz qalıb


Foto arxiv

“Rosneft” şirkətinin internet serverləri güclü haker hücumuna məruz qalıb.

İnterfaks-ın məlumatına görə, bu barədə iyunun 27-də şirkət özünün Tvitter hesabında xəbər yayır.

Şirkət kiberhücumla bağlı hüquq-mühavizə orqanlarına müraciət edib.

Şirkət həmçinin bunun indiki məhkəmə prosesi ilə bağlı olmadığını ümid edir.

Hazırda Başqırdıstanın arbitiraj məhkəməsində “Rosneft” və “Başneft” in AFK “Sistema” ilə bağlı 170 milyard rublluq şikayətinə baxılır.

Həmçinin TASS agentliyi Ukraynanın milli bankına istinadla bu ölkədəki bir sıra bank və müəssisələrin xaricdən naməlum virusla haker hücumlarına məruz qaldıqlarını xəbər verir.

Söhbət özəl və dövlət sektorlarından gedir.

XS
SM
MD
LG