Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 07:23

Səudiyyə Kralı Salman oğlu Mohammed bin Salman-ı vəliəhd şahzadə təyin edib. «Saudi Press» agentliyinin (SPA) məlumatına görə, bu haqda kral fərmanı verilib.

Kral 57 yaşlı qardaşı oğlu Mohammed bin Nayef-i vəliəhd şahzadə postundan uzaqlaşdırıb və onu 31 yaşlı Mohammed bin Salman-la əvəzləyib. Salman daha öncə ikinci vəliəhd şahzadə idi.

Yeni vəliəhd şahzadə həm də baş nazirin müavini elan olunub, eləcə də müdafiə naziri postunda qalıb.

Birləşmiş Ştatlarla sıx əlaqələriylə tanınan Mohammed bin Salman krallıqda güclü fiqur sayılır və Səudiyyənin Yəmənə müdaxiləsinə rəhbərlik edib.

Dubayda mənzillənən «al-Arabiya» televiziyası bin Salman-ın təyinatının ölkənin And Şurası tərəfindən təsdiqləndiyini xəbərləyib.

Şura 34-31 səs fərqliyə yeni dəyişikliklərin lehinə səs verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG