Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:58

Cəbhədə nə baş verir? [video]


Ermənistan da silah istehsalına girişir, bu yarış Qarabağa nə vəd edir?
Gözlə

No media source currently available

0:00 0:15:00 0:00

Ermənistan da silah istehsalına girişir, bu yarış Qarabağa nə vəd edir? [A-Live]

Ermənistan Azərbaycanla silah yarışına girir. Ermənistan hökuməti “Hərbi sənaye və hərbi-texniki siyasətin strategiyası” adlı proqram qəbul edib. Məqsəd müasir hərbi texnikaların istehsalıdır.

İndiyəcən Azərbaycan hökuməti müdafiə sənayesini yaratmağa milyardlar xərcləyir, Ermənistan isə silahı xaricdən alırdı. Bəs, tərəflərin silahlanma yarışı Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir edə bilər? Hər iki ölkənin rəsmiləri bu addımı müdafiəni gücləndirmək, təxribatın qarşısını almaqla əsaslandırırlar.

Buna da bax:​ Ermənilər hərbi zavodları işə salırlar

Bəzi siyasi şərhçilərsə düşünür ki, həm Azərbaycan, həm də Ermənistan münaqişəni özləri həll etmək imkanını itiriblər. Belə bir dönəmdə sülh danışıqlarını davam etdirmək üçün ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıya gəliblər.

Prezident İlham Əliyev bu gün iyunun 19-da həmsədrləri qəbul edib. Prezident.az saytının xəbərinə görə görüşdə İlham Əliyev təmas xəttində atəşkəsin pozulmasını vurğulayıb:

Buna da bax:​ Prezident: 'Ermənistan həmsədrlərin fəaliyyətini pozmağa çalışır'

“Ermənistan təmas xəttində Azərbaycana qarşı növbəti hərbi təxribat törətmiş və bunun nəticəsində bir Azərbaycan əsgəri həlak olub. Azərbaycan Ordusu həmişə olduğu kimi, adekvat cavab verib və bunun nəticəsi sizə məlumdur. Bu, mənim üçün təəccüblü deyil, çünki Ermənistan tərəfi həmişə hansısa mühüm tədbir və ya sizin səfəriniz ərəfəsində bu cür təxribatlar törədir”.

İlham Əliyevin sözlərinə görə, erməni tərəfi hər dəfə bu cür təxribatlar edir ki, sonra Azərbaycanı atəşkəsi pozmaqda ittiham etsinlər. Ermənistan hökuməti isə təmas xəttində baş verənlərdə Azərbaycan tərəfini suçlayır.

Buna da bax:​ “Böyük güclərdən icazəsiz müharibəyə başlamaq intihardır ”

Siyasi şərhçi Rauf Mirqədirovun fikrincə, 23 illik atəşkəs rejimində münaqişənin həllində bir irəliləyiş olmayıb. O düşünür ki, bundan sonra da hər hansı uğurun əldə olunması da inandırıcı deyil.

Rauf Mirqədirov
Rauf Mirqədirov

Rauf Mirqədirov deyir ki, atəşkəsdən bəri həm Azərbaycan, həm də Ermənistan tərəfi silahlanıb, müasir hərbi texnikalar alıb. Amma bu o demək deyil ki, münaqişə bu iki tərəfin iradəsindən asılıdır.

“Region özü-özlüyündə bir qaynar qazandır. Burada çox ciddi geosiyasi maraqlar var. Ona görə də regiondakı xırda dövlətlərin öz istədiklərini edə bilməsi fikri sadəlövhlük olar. Hansısa iri dövlət regionda öz geosiyasi maraqları üçün münaqişə yarada bilər. Bu baxımdan hesab edirəm ki, Azərbaycan və Ermənistan tərəfi münaqişəni öz siyasi iradələri hesabına həll etmək imkanını itiriblər”.

Buna da bax:​ Tofiq Zülfüqarov: 'Vəziyyət təhlükəli həddə çatıb'

Son 2 ildə Azərbaycan dünyada hərbi xərcləri azaldan ölkələr içində 3-cü yerdə qərarlaşıb. Hərbi xərcləmələr 36 faiz azalıb. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun aprelin 24-də açıqladığı hesabatda belə deyilir. Hesabat 2016-cı il üzrə dünyada hərbi xərclərdəki tendensiyalarla bağlıdir.

İqtisadçı Natiq Cəfərli hesab edir ki, Ermənistanın yeni müasir hərbi silah və texnikaların alınması, zavodların tikilməsi haqda planları heç də onun Azərbaycandan üstün olması anlamına gəlmir:

Natiq Cəfərli
Natiq Cəfərli

"Ermənistanın hərbi üstünlüyü Rusiya faktorundan asılıdır. Azərbaycan da bunu neytrallaşdırmalıdır. Bunu isə tək silah almaqla deyil, böyük güclərlə ittifaq bağlamaqla edə bilər. Hərbi üstünlüyün itirilməməsi üçün Rusiyaya cavab verə biləcək hərbi ittifaqlarla əlaqələri genişləndirmək ola bilər. Ona görə də Azərbaycanın NATO ilə inteqrasiyası daha sürətlə getməlidir. Azərbaycan NATO standartlarına daha tez keçməlidir. Və Türkiyə ilə hərbi ittifaqımız daha güclü olmalıdır".

Buna da bax:​ Prezidentlər Dağlıq Qarabağla bağlı siyasi dialoqu bərpa etmək niyyətindədirlər

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvü Zahid Oruc isə düşünür ki, silahlanma regionda gərginliyi istənilən an artıra bilər.

Zahid Oruc
Zahid Oruc

"Minsk qrupu bağlı qapılar arxasında prezidentlərdən gərginliyin azaldılması üçün addımlar atılmalarını xahiş etsin. Heç olmasa bəlkə müəyyən silahları ərazilərdən götürməyə razılaşdılar. Anji Kasprşiki illərin təcrübəli kəşfiyyatçısdır. O da vəziyyətin gərgin olmasının fərqindədir".

Buna da bax:​ Rusiya həm Ermənistan, həm də Azərbaycanda özünə yer eləyir

Bu arada regiona səfər edən, Bakıda səfərdə olan Minsk qrupunun həmsədrləri bəyanat veriblər. Bəyanatda deyilir ki, regiona səfərlərinin yekunları ilə bağlı iyulun 3-də Vyanada Minsk qrupunun üzvlərinin görüşündə məlumat verəcəklər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG