Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 09:09

Prezidentlər Dağlıq Qarabağla bağlı siyasi dialoqu bərpa etmək niyyətindədirlər


19 iyun 2017

Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasi dialoqu bərpa etmək niyyətilərinin olduğunu ifadə ediblər. Həmçinin bildiriblər ki, münaqişənin həlli ilə bağlı mübahisəli məqamlarin həlli yolunu tapmağa cəhd edəcəklər.

ATƏT-in Minsk qrupunun nümayəndələrinin regiona səfərlərinin yekunu ilə bağlı iyunun 19-da yayılan bəyanatda belə deyilir.

ATƏT-in Minsk qrupunun nümayəndələri (Rusiyadan Igor Popov, Fransadan Stephane Visconti və ABŞ-dan Richard Hoagland) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Andrzej Kasprzyk iyunda regiona səfər ediblər. Səfərdə məqsəd Dağlıq Qarabağ sülh danışıqları ilə bağlı növbəti addımı tərəflərlə müzakirə etmək olub.

Minsk qrupunun nümayəndələri iyunun 10-da Yerevanda Ermənistan prezidenti Serzh Sargsyan-la, iyunun 19-da Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşüblər. Hər iki ölkənin xarici işlər və müdafiə nazirləri ilə də görüşlər olub. Həmsədrlər iyunun 12-də Dağlıq Qarabağa da səfər ediblər, o cümlədən Zəngilan, Qubadlı, Laçın və Kəlbəcərdə olublar. Bakıda Dağlıq Qarabağ icması ilə söhbətlər edilib.

Bakıda danışıqlar zamanı həmsədrlər bu yaxınlarda təmas xəttində atəşkəsin pozulması və ölüm halının olmasından narahatlıqlarını bildiriblər və Azərbaycan rəhbərliyini bundan sonra da vəziyyəti gərginləşdirməməyə çağırıblar. Həmsədrlər eyni çağırışı Ermənistan rəhbərliyinə münasibətdə də səsləndiriblər və hər iki tərəfi təmas xəttində gərginliyi aradan qaldırmaq üçün ölçüləri götür-qoy etməyə çağırıblar.

Həmsədrlər səfərlərinin yekunu ilə bağlı Minsk qrupunu məlumatlandırmaq üçün iyulun 3-də Vyanaya gedəcəklər. Yaxın zamanda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə də görüşün olacağı gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG