Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:09

Prezident: 'Ermənistan həmsədrlərin fəaliyyətini pozmağa çalışır'


İ.Əliyev həmsədrləri qəbul edir.
İ.Əliyev həmsədrləri qəbul edir.

«Sizin Ermənistana və Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinizdən sonra, Bakıya gəlişiniz ərəfəsində Ermənistan təmas xəttində növbəti hərbi təxribat törədib. Bunun nəticəsində bir Azərbaycan əsgəri həlak olub».

İyunun 19-da ATƏT-in Minsk qrupunun həmsədrləri Stephane Visconti-ni (Fransa), Igor Popov-u (Rusiya), Richard Hoagland-ı (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Andrzej Kasprzyk-i qəbul edən prezident İlham Əliyev belə deyib.

Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

***Buna da bax-Tofiq Zülfüqarov: 'Vəziyyət təhlükəli həddə çatıb'

Ölkə başçısı əlavə edib ki, Azərbaycan ordusu adekvat cavab verib. O, baş verənlərin təəccüblü olmadığını, Ermənistan tərəfinin mühüm tədbirlər, səfərlər zamanı bu cür təxribatlara əl atdığını vurğulayıb.

«Azərbaycan tərəfini buna ona görə təhrik edirlər ki, sonra bizi atəşkəsi pozmaqda ittiham etsinlər. Hadisələrin xronologiyasına baxmağınız kifayətdir ki, nə vaxt Azərbaycan əsgərinin Ermənistan ordusu tərəfindən öldürüldüyünü və nə zaman buna adekvat cavab verildiyini görəsiniz. Beləliklə, təmas xəttində son atəşkəs pozuntusuna görə məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür», - deyən İ.Əliyev Azərbaycan tərəfinin atəşkəs rejiminə sadiq olduğunu vurğulayıb.

Ölkə başçısı deyib ki, Ermənistan nəyin bahasına olursa-olsun Minsk qrupu həmsədrlərinin fəaliyyətini pozmağa çalışır:

«Ermənistan diqqəti yalnız təhlükəsizlik məsələlərinə yönəltmək istəyir və bütün bu baş verənləri Azərbaycanı atəşkəsi pozmaqda günahlandırmaq üçün bir bəhanə kimi istifadə edir. Bu, tamamilə haqsız və ədalətsiz bir mövqedir».

***Buna da bax-'Böyük güclərdən icazəsiz müharibəyə başlamaq intihardır'

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqları davam etdirmək məqsədilə iyunun 19-da Azərbaycana gəliblər. Onlar prezidentdən başqa, müdafiə naziri və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərliyi ilə görüşüblər.

Vasitəçilər Azərbaycana Ermənistandan gəlib. Onlar həmçinin, bundan əvvəl separatçı qüvvələrin nəzarətində olan Dağlıq Qarabağa səfər ediblər.

Qarabağ münaqişəsi 1988-ci ildən başlayıb. 1994-cü ildə atəşkəs razılaşmasına kimi Ermənistan və separatçı qüvvələr Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon, bundan əlavə daha bir neçə kəndi işğal ediblər.

1996-cı ildən Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Fransa və Rusiya qrupun həmsədrləridir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG