Keçid linkləri

2017, 21 Oktyabr, şənbə, Bakı vaxtı 18:19

Putin sual-cavab sessiyası keçirəcək


V.Putin sualları cavablandıracaq.

İyunun 15-də Rusiya prezidenti Vladimir Putin televiziya vasitəsilə sual-cavab marafonu keçirəcək. O, «Birbaşa xətt» adlanan şouda ölkənin hər yerindən rusiyalıların suallarını cavablandıracaq. Bütün dövlət televiziyalarının yayımladığı bu marafon dövlət tərəfindən təşkil və idarə olunur.

Putin hər il televiziya mətbuat konfransı keçirir və parlamentdə çıxış edir. Bu sual-cavab sessiyası da onun ölkədə imicinin cilalanması, xaricə siqnallar göndərməsi və gələcək planlarını açıqlanmasını hədəfləyən üç tədbirdən biridir.

Putin bu marafonu 2001-ci ildən keçirir. Builki sessiya ölkədə sosial gərginlik dönəminə düşür. İyunun 12-də ölkəboyu etiraz aksiyalarında 1500-dən çox adam saxlanıb.

Rusiya vətəndaşları xüsusi vebsayt və sosial media vasitəsilə dövlət başçısına artıq 1.6 milyon sual göndəriblər. Bunu Kremlin sözçüsü Dmitry Peskov iyunun 14-də jurnalistlərə açıqlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG