Keçid linkləri

2017, 23 İyun, Cümə, Bakı vaxtı 22:50

2017-ci ilin yanvar-may aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin eyni dövrünə nisbətən 13,8 faiz bahalaşıb.

Bu haqda Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Məlumatda qeyd edilir ki, həmin dövrdə ərzaq məhsullarının qiymətləri 18,2, qeyri-ərzaq məhsullarının qiymətləri isə 12,5 faiz artıb.

Buna da bax:​ Ekspert: ‘Qiymət artımı 13,5 yox 25 faizdir’

Əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərindəki bahalaşma isə 9,1 faiz olub.

Rəsmi bilgidə may ayında istehlak məhsullarının, qeyri-ərzaq məhsullarının 0,2, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərinin isə 2,1 faiz bahalaşdığı bildirilir.

Ərzaq məhsullarının qiymətlərinin isə mayda 1,3 faiz ucuzlaşdığı qeyd edilir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG