Keçid linkləri

2017, 22 Sentyabr, Cümə, Bakı vaxtı 07:01

Vergilər nazirliyi şirkətlər haqda daha nəyi aça bilər?


Vergilər nazirliyi

İyunun 8-dən Vergilər nazirliyi kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatları qismində daha bir informasiyanı ictimaiyyətə açıq etdi.

Bu, şirkətin hansı vergi uçotu orqanında qeydiyyatda olması haqda məlumatdır.

Hüquqşünas Xalid Bağırov nazirliyin bu təşəbbüsünü alqışlayır. O, dövlət reyestrində açıqlanması qanunla yasaqlanmayan bir çox məlumatın da bu platforma vasitəsilə təqdim olunmasını mümkün hesab edir.

Buna da bax:​ Sosial şəbəkədə təklif verdi, qanuna dəyişiklik edildi

Xalid Bağırov
Xalid Bağırov

Hüquqşünas təklif edir ki...

Onun fikrincə, nazirlik kommersiya hüququ şəxslərin məlumat bazasında axtarış sistemini bir qədər genişləndirə bilər. Buraya onların fəaliyyətdə olan və keçmiş qanuni təmsilçilərinin adlarını da əlavə edə bilər.

«Qanunvericilik şirkətlərin Müşahidə Şurasının və İdarə Heyəti üzvlərinin adlarını, onların firma adı, təşkilati-hüquqi formasının və nizamnamə kapitalının dəyişimi haqda bilgiləri kommersiya sirri daşıyan məlumatlara aid etmir. Odur ki, bu məlumatlar da nazirliyin elektron məlumat bazası vasitəsilə ictimaiyyətə təqdim oluna bilər», – Xalid Bağırov deyir.

Buna da bax:​ Özəlləşdirmədə elektron dövr başlayır

Bundan başqa hüquqşünas onu da təklif edir ki, şirkətlərin qanunla ictimaiyyətə açıq olan və öncəki illərə dair məlumatlarını xüsusi arxivləşdirmə proqramı vasitəsilə əldə etmək imkanı yaradılsın. Onun fikrincə, Vergilər Nazirliyi özünün informasiya resursunda şirkətləri ərazi prinsipinə görə də qruplaşdıra bilər. Bu, maraqlı şəxslərə müəyyən ərazidə yerləşən şirkətlər barədə daha rahat şəkildə məlumat əldə etmək imkanı verər.

Təkcə təsisçilərin adları sirdir

2012-ci ildə «Kommersiya sirri haqqında» və «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» qanunlara dəyişiklik edilib. Bu dəyişikliklər nəticəsində kommersiya şirkətlərinin təsisçiləri və onların payları haqqında məlumatlar konfidensial olub. Təsisçilər barədə məlumat yalnız onların özlərinə və məhkəmə zərurəti yarandıqda vəkilə verilə bilər.

Buna da bax:​ Vergi proqnozuna əməl olunub

Lakin qanunvericilikdə müəyyən istisnalar da var. Bu, səhmləri açıq ticarətdə olan və birja vasitəsilə yerləşdirilən səhmdar cəmiyyətlərinə aiddir. Bu cür şirkətlərin 10 faiz və daha çox səhminə sahib olan şəxslərin adları illik hesabatlarda açıqlanmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG