Keçid linkləri

2017, 24 Sentyabr, bazar, Bakı vaxtı 03:48

2017-ci ilin yanvar-aprel aylarında Vergilər Nazirliyi dövlət büdcəsinə 2 milyard 256 milyon 748 min manatvəsait toplayıb.

Bu barədə nazirliyin məlumatlarında bildirilir.

Nazirlik vergi proqnozuna 106,3 fazi əməl edildiyini bildirir.

2016-cı ilin yanvar-may aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 2 milyard 683 milyon 536,5 min manat vəsait daxil olmuşdu.

Gömrük daxilolmalarında azalma

Büdcəyə gömrük daxilolmalarında isə azalma var.

Dövlət Gömrük Komitəsi (DGK) 2017-ci ilin aprel ayında dövlət büdcəsinə 187 014,59 min manat daxil edib.

Bu göstərici 2016-ci ilin müvafiq dövrü ilə müqayisədə 40 382,14 min manat, yaxud 17,76 faiz azdır.

Gömrük daxilolmaları fevral və mart aylarının göstəriciləri ilə müqayisədə də azalıb.

Gömrük Komitəsi fevralda 194 938.9 min, martda isə 202 177.3 min manat toplamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG