Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 10:47

Hökumət ilkin mərhələdə nəqliyyat vasitələrinin və avadanlığın real vaxt rejimində internet üzərindən satışını təşkil edir. Digər əmlak növlərinin (kiçik müəssisə, səhmlər, qeyri-yaşayış sahələri, yarımçıq tikililər və digər obyektlər) bu qaydada satışına hazırlıq gedir.

Əmlak Məsələləri Dövlət Komitəsinin sözçüsü Qulu Xəlilov AzadlıqRadiosuna deyir ki, innovativ üsullarla satışın özəlləşdirmə prosesi operativliyi artıracaq. Onun sözlərinə görə, bunadək yalnız hərracda iştirak etmək üçün elektron sifariş vermək imkanı vardı. Növbəti hərracda isə avtomobil almaq istəyən şəxslər hərrac mərkəzlərinə gəlmədən, elə kompyuter arxasında oturmaqla hərraca qatıla biləcəklər. Elektron hərracda iştirak etmək istəyən şəxsin komitənin rəsmi saytına (e-emdk.gov) və ya Elektron Hökumət Portalına (e-gov.az) daxil olması yetərlidir. ƏMDK dövlət məxsus əmlaklarla yanaşı, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin satışını və icarəyə verilməsini təşkil edir.

EKSPERT: «BU, FƏALLIĞIN ARTMASIYLA SONUCLANA BİLƏR»

Biznesin imkanlarının genişləndirilməsi baxımından elektron hərraclara başlamağı doğru hesab edən iqtisadçı-ekspert Məhəmməd Talıblı hədəflərə çatmaq üçün bunun digər əmlak növlərinə sürətlə tətbiqini istəyir:

Məhəmməd Talıblı
Məhəmməd Talıblı

«Hökumət elektron mübadilənin təşviqində maraqlı olmalıdır. Elektron hərracların təşkili özlüyündə elektron ticarətə dair məlumatlılıq səviyyəsinin artmasına gətirib çıxarır. Hesab edirəm ki, bu addım iqtisadi fəallığın yüksəlməsinə, özəlləşdirmənin aşkarlıq və şəffaflıq şəraitində keçirilməsinə, aparılan siyasətə ictimai etimadın artmasına səbəb ola bilər».

PULUN MƏNBƏYİNİ ARAŞDIRMAĞA BAŞLASAQ...

Özəlləşdirmə gedişində, o cümlədən elektron hərraclarda investorların təqdim etdikləri pul vəsaitlərinin mənşəyi haqda məlumatın verilməsi vacibdirmi? AzadlıqRadiosunun bu sualına cavabında ekspert indiki həssas durumda bunu dəstəkləmədiyini deyib:

«İnvestorların pul vəsaitlərinin mənbəyini araşdırmağa başlasaq, o zaman özəlləşdirmənin sürətini bir qədər də azaltmış olarıq. Digər tərəfdən, Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Monitorinq Xidməti 20 min manatdan yuxarı əməliyyatları nəzarət altında saxlayır. Qurumun mənbəyi şübhə doğuran vəsaitlərin bank sistemi daxilində hərəkətini izləmək imkanı var».

Bir müddət öncə hökumət vergi borcuna görə siyahıya alınmış əmlakın elektron hərracda satışı qaydalarını təsdiqləyib. Vergilər Nazirliyi, hələlik, bu prosesə start verməyib. Yeni elan edilən hərraclara çıxarılan əmlak elə əvvəlki qaydada satılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG