Keçid linkləri

2017, 11 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:18

'Qafqaz qartalı' birgə təlimi keçirilir


Azərbaycan Müdafiə Nazirliyi

Azərbaycan hərbçiləri «Qafqaz qartalı» təlimində iştirak edir.

Bu xəbəri Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Xəbərə görə, Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin əldə etdikləri razılığa əsasən, Tbilisi şəhərində üç ölkənin xüsusi təyinatlı qüvvələrinin «Qafqaz qartalı» birgə təlimi keçirilir. Təlimin iyunun 4-də başladığı və iyunun 14-ə kimi davam edəcəyi bildirilir.

«Qafqaz qartalı» adlanan təlimlərdə üç ölkə silahlı qüvvələrinin xüsusi təyinatlı qüvvələri iştirak edir.

Təlimlərdə məqsədin maarifləndirmə, bilik, təcrübə mübadiləsi və eləcə də xüsusi əməliyyat qüvvələrinin potensialını artırmaq olduğu açıqlanıb.

Bu formatda hərbi təlimlər artıq iki dəfə keçirilib. Sonuncu təlimlərə Türkiyə ev sahibliyi etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG