Keçid linkləri

2017, 17 Avqust, Cümə axşamı, Bakı vaxtı 23:28

Energetika naziri Natiq Əliyev Türkiyəyə aparıldığı bildirilir.

Bunu nazirin müalicə aldığı Mərkəzi Neftçilər Xəstəxanasından da təsdiq ediblər.

Xəstəxanadan bildiriblər ki, N.Əliyev Türkiyəyə aparılıb. Ancaq nazirin hansı xəstəxanaya yerləşdirildiyi açıqlanmayıb.

Dünən, iyunun 4-ü energetika nazir N.Əliyevin ürəyində yaranan problemlərlə bağlı Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirildiyi bildirilirdi.

Verilən xəbərlərdə N.Əliyevin xəstəxanaya gətirilən zaman ürəyinin dayandığı, süni masajla yenidən həyata qaytarıldığı vurğulanırdı.

Xəbərdə həmçinin, bildirilirdi ki, N.Əliyev reanimasiya şöbəsindədir, ürəyinə stendlər qoyulub. Yerli və xarici mütəxəssislərin iştirakı ilə konsilium aparılır. Konsiliumun nəticələrinə uyğun olaraq müvafiq addımlar atılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG