Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 20:08

Palata kreditorların restrukturizasiya planını dəstəkləyəcəyinə inanır


Rüfət Aslanlı

“Azərbaycan Beynəlxalq Bankının restrukturizasiya planını xarici kreditorların dəstəklənəcəyinə inanırıq”.

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı mayın 30-da jurnalistlərə açıqlamasında belə deyib.

Onun sözlərinə görə, bazarların araşdırılması və bazarların bu prosesə reaksiyası onu göstərir ki, nikbin olmağa əsas var.

Buna da bax:​ 'Moodys' Beynəlxalq Bankın reytinqini yenə endirdi

“İstənilən halda, əgər kreditorlar bu planı dəstəkləməzsə, bu isə az güman olunan ehtimaldır, o zaman biz bankın öhdəliklərinin həll olunmasının başqa yollarını nəzərdə tutmuşuq. İstənilən halda, bankın müştəriləri bundan əziyyət çəkməyəcək", – deyə Aslanlı bildirib.

O, qeyd edib ki, bankın sağlamlaşdırılması planı təsdiq edilib. İyulun 14-nə kimi səsvermə keçiriləcək, qərar isə 25 avqustadək qəbul ediləcək.

Buna da bax:​ Ekspert: 'Bank sektorunda yeni bir şok dalğası qaçılmazdır'

Xatırlatma

Azərbaycan Beynəlxalq Bankı (ABB) bu günlər 3.3 mlrd. dollar borcunun restrukturizasiyasından ötrü Nyu-Yorkda məhkəməyə müraciət edib. Onun öhdəlikləri dövlətə ötürülür. Restrukturizasiya kreditin və onun qaytarılma şərtinin dəyişdirilməsi deməkdir.

Mayın 23-də isə xarici öhdəliklərin könüllü restrukturizasiyası ilə əlaqədar Londonda bankın xarici kreditorları ilə görüş keçirilib. Toplantıda bankın xarici borclarının restrukturizasiya planı təqdim olunub. Belə variantlardan biri borcun 12 və ya 15 illik dövlət istiqrazları ilə əvəz edilməsidir. Üstəlik, 20 faiz borcun silinməsindən söhbət gedir.

ABB-nin kreditorlarının, əksinə təklif edilən plandan narazı qaldığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG