Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Avqust, Cümə, Bakı vaxtı 21:10

'Moodys' Beynəlxalq Bankın reytinqini yenə endirdi


Beynəlxalq Bank

“Moodys” beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının reytinqini aşağı salıb.

Bu haqda agentliyin press-relizində bildirilir.

Agentlik bildirir ki, Azərbaycan Beynəlxalq Bankının xarici valyutada kredit reytinqi Caa3 (zəif dərəcə, çox yüksək kredit riski) səviyyəsinə endirilib.

Bankın xarici və yerli valyutada uzunmüddətli depozit reytinqi isə Caa2 (yüksək dərəcədə spekulyativ) səviyyəsinə düşürülüb.

Buna da bax:​ Beynəlxalq Bankın reytinqi yenə salına bilər

“Moodys” bir müddət əvvəl də ABB-nin reytinqini aşağı salmışdı.

Bu günlər isə başqa bir beynəlxalq reytinq agentliyi - Fitch ABB-nin reytinqinə yenidən baxmışdı.

Agentlik Beynəlxalq Bankın uzunmüddətli reytinqini «CCC» dən «RD» (məhdud defolt) səviyyəsinə kimi endirib.

Defolt – borc öhdəlikləri üzrə ödənişlərin icra edilməsi mümkünsüzlüyü və yaxud bilərəkdən ödənişin dayandırılmasıdır. İlk dəfə «defolt» anlayışı İngiltərədə istifadə olunub. Hərfi mənada «öhdəliklərin yerinə yetirilməməsi» deməkdir.

Buna da bax:​ 'Moody's' Azərbaycanın maliyyə gələcəyindən nikbin deyil

Bank rəsmiləri bir müddət öncə özləri də reytinqin aşağı salınacağına işarə vurmuşdular. Onlar deyirdilər ki, restrukturizasiya prosesində bu təbiidir.

Xatırlatma

Azərbaycan Beynəlxalq Bankı (ABB) bu günlər 3.3 mlrd. dollar borcunun restrukturizasiyasından ötrü Nyu-Yorkda məhkəməyə müraciət edib. Onun öhdəlikləri dövlətə ötürülür. Restrukturizasiya kreditin və onun qaytarılma şərtinin dəyişdirilməsi deməkdir.

Verilən məlumata görə, ABB-nın sağlamlaşdırılması ilə bağlı dövlətin 10 milyard manat vəsaiti xərclənib.

Buna da bax:​ Ekspert: 'Bank sektorunda yeni bir şok dalğası qaçılmazdır'

Mayın 23-də isə xarici öhdəliklərin könüllü restrukturizasiyası ilə əlaqədar Londonda bankın xarici kreditorları ilə görüş keçirilib. Toplantıda bankın xarici borclarının restrukturizasiya planı təqdim olunub. Belə variantlardan biri borcun 12 və ya 15 illik dövlət istiqrazları ilə əvəz edilməsidir. Üstəlik, 20 faiz borcun silinməsindən söhbət gedir.

ABB-nin kreditorlarının təklif edilən plandan narazı qaldığı bildirilir.

ABB-nin İdarə heyətinin keçmiş sədri Cahangir Hacıyev mənimsəmə və qulluq səlahiyyətlərini aşmaqda ittiham edilərək 15 il həbs cəzası alıb. C.Hacıyev 2015-ci ildə həmin vəzifədən uzaqlaşdırılsa da, bankın ətrafında qalmaqallar bitməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG