Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 14:25

Merkel Avropanın asılılığından danışdı


A.Merkel və D.Trump

Avropa Donald Trump-ın prezident seçilməsindən və «Brexit» səsverməsindən sonra Birləşmiş Ştatlar və Böyük Britaniyadan «tamamilə asılı» ola bilməz.

Bunu Almaniya kansleri Angela Merkel deyir.

Merkel mayın 28-də Münhendə seçki marafonunda danışıb. Deyib ki, Birləşmiş Ştatlar və Böyük Britaniyayla dost münasibətlərini saxlamaq vacibdir. Ancaq o, həmin müttəfiqlərə «tamamilə bel bağlaya bilməz» və avropalılar talelərini öz əllərinə almalıdırlar.

«Başqalarından tam asılılıq dövrü bitdi. Bunu son bir neçə gündə hiss etdim», – Merkel deyib.

Ancaq Avropaya səfərdən qayıdan Trump Merkel-dən fərqli yanaşma sərgiləyib. O, səfərinin uğurlu olduğunu deyib.

Almaniyanın Regensburg Universitetinin transatlantik münasibətlər üzrə eksperti Stephan Bierling «The Washington Post» qəzetinə deyib ki, «Trump administrasiyası vahid dəyərlərə inamı sarsıdıb».

Günün bütün mövzuları

XS
SM
MD
LG