Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyul, çərşənbə, Bakı vaxtı 04:39

Düz 99 il öncə elə bugünkü kimi gözəl bir may səhəriydi.

Tiflisdə gül bülbülü, bülbül gülü çağırırdı.

Əziz oxucu! Bu, bir jurnalist uydurması deyil.

Əkbərağa Şeyxülislamzadənin “Azərbaycan necə quruldu" adlı xatirələrində belə yazılıb:

“Baharın ən gözəl ayı olan maydır... Tiflisdə daha da qüvvətli bir surətdə insana təbiətin oyanmasını və yeni bir ömrə hazırlanmasını göstərir...
Parlayan günəş, buludsuz göy; hər tərəfdən hamını səssiz yaşamağa dəvət edir, bütün Qafqazı bizə bəxş edirmiş kimi görünür. Bu nemətdən istifadə edə bilməyimiz üçün hər şey əmrinizə hazırdır. Bu gözəl gün, bu gözəl hava, yaşıl təbiət ürəklərdən keçən qaranlığı, sonsuz düşüncələr, ağır vəzifələr qarşısında olmağımızı heç vaxt bizə unutdura bilməyəcəkdir”.

Əkbərağa yeni qurulan Cümhuriyyətin parlament üzvü, Fətəli Xan Xoylunun qurduğu birinci kabinetdə torpaq və əmək naziri olub.

Həmin tarixi günlərə tanıq olan Əkbərağa yazır:

“Həsən bəy Ağaoğlu məclisi açdı:
- Artıq indi bütün nümayəndələr arasında anlaşma mövcuddur. Rəy vermək hər bir üzvün vəzifəsidir. Bitərəf qalmaq istəyənlər, lütfən, məclisi tərk etsinlər!..
Heç kim yerindən qımıldanmır.

Həsən bəy Azərbaycan millətinin “Müstəqil və Azad bir Dövlət olmasını” səsə qoyur. Katib Mustafa Mahmudi adları oxuduqda hər bir üzv ayrı-ayrılıqda “Razıyam!” cavabını verir. Hamının çöhrəsindən sevinc və fərəh tökülür.
Sədr Həsən bəy qalxıb bütün üzvlərə xitabən:
- Bu saatda - yəni gecə saat səkkizə on dəqiqə işləmiş, Azərbaycanın İstiqlaliyyəti Milli Azərbaycan Şurası tərəfindən qəbul edildi.
Yeni hökumətimizi təbrik edirəm!!!...


...Milli Şura üzvlərindən çoxu sevincindən gözüyaşlı qucaqlaşıb ağlayır, bir-birinin əllərini sıxır. Canişin sarayının önündə toplaşan gürcü və ermənilər “Yaşa Müstəqil Azərbaycan!” deyərək, saraydan çıxan nümayəndələri böyük bir sevinclə alqışlayırlar...”.


Və Əkbərağa Azərbaycanın İstiqlaliyyət elanında iştirak edən şəxsləri bir-bir sıralayır...

Hələ ölümlər, həbslər, yaşamaq uğrunda mücadilələr iki il sonra başlayacaqdı.

27 yaşlı Əkbərağa Parisə gedən nümayəndə heyətinə qatılacaq, ömrünün sonunadək mühacirət həyatı yaşamağa məcbur qalacaq və 1961-ci ildə Vətəni görmədən dünyadan köçəcəkdi.

Bitmədi... Əkbərağanın, onun mücadilə yoldaşlarının həyat hekayətləri Cümhuriyyətin 100 yaşına qədər vərəqlənəcək.

Hələliksə, AzadlıqRadiosunun “İZ” proqramı 28 May günü öz qızıl arxivindən “Bir bayraq əfsanəsi” radiodastanını təqdim edir.

Mayın 28-də saat 23-də “İz”ə düşün, “İz”dən çıxmayın.

Azərbaycan tarixinin 99 il öncə başlayan ən şanlı dövrü yenidən vərəqlənəcək.

Gözlə

No media source currently available

0:00 0:29:58 0:00
Direct-ə keçid

Günün bütün mövzuları

XS
SM
MD
LG