Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:39

Belorusda 'Azərbaycan Ticarət Evi' açılır


Arxiv fotosu

Sabah, mayın 26-da Minskdə “Azərbaycan Ticarət Evi”nin açılışı olacaq.

Bu haqda İqtisadiyyat Nazirliyi xəbər verir.

Minskdə keçiriləcək açılışa iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin qatılacağı bildirilir.

Buna da bax:​ 'Moody's' Azərbaycanın maliyyə gələcəyindən nikbin deyil

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəsmi görüşləri də nəzərdə tutulur.

Belarusdakı «Azərbaycan Ticarət Evi» «Made in Azerbaijan» brendinin xarici bazarlarda təşviqi məqsədilə təsis edilib.

Şirkət, hələ, fevralın 20-də Minsk Şəhər İcraiyyə Komitəsində qeydiyyata alınıb.

Buna da bax:​ Ələtdə azad ticarət zonası yaratmağa doğru

Bu qurum marketinq araşdırmaları aparmalı, sərgilərdə vahid Azərbaycan stendi ilə iştirak etməli və potensial alıcılarla əlaqələr qurmalıdır.

Verilən məlumatlara görə, 2016-cı ildə Azərbaycan Belarusa mal ixracını ($48.2 mln) 4 dəfə artırıb. Belarus mallarının idxalı isə 104 mln dollar olub. Burada isə azalma olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG