Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 08:37

Ekspert: 'ABŞ prezidentinin məntiqi aydındır'


Donald Trump Səudiyyə Ərəbistanında, 21 May, 2017

"Hər bir halda vacib bir təklifdir. Müsəlman dünyası özü islamı terrorçudan ayırmağı bacarmalıdır. Bunu bizim özümüzdən başqa heç kəs edə bilməz. Nə Qərb, nə ABŞ, nə də NATO”.

Politoloq Rasim Musabəyov Ərəb-İslam-ABŞ sammitində prezident Donald Trumpın müsəlman dünyasını terrorizm ilə mübarizədə birliyə səsləməsini şərh edərkən belə deyib. Rasim Musabəyova görə, ABŞ prezidentinin təklifi mühümdür.

Buna da bax:​ Prezident Abu-Dabinin vəliəhdi ilə görüşüb

Rasim Musabəyov
Rasim Musabəyov

“Hesab edirəm ki bu, zəruri çağırışdır. Mənə elə gəlir ki, bunu sınaqdan keçirmək lazımdır. Hər halda bunu Azərbaycanda etməyi bacarırıq".

Digər ekspert, Şərqşünaslıq İnstitutunun şöbə müdiri Fərda Əsədov hesab edir ki, Amerika siyasəti üzdə xeyli biznesyönlü və düşünülmüş təəssürat təsiri bağışlayır.

“110 mlrd.-lıq müqavilələr Amerikanın hərbi sənayesini canlandıra bilər. Eyni zamanda böhran vəziyyətində ekstremizmlə mübarizədə əməliyyatların aparılması yükü bölgə daxili qüvvələrin üzərinə düşməlidir. Bu tədbirlərin, hərbi koalisiyanın yaradıcısı və aparıcı qüvvəsi kimi Səudiyyə Ərəbistanı olmalıdır”.

Buna da bax:​ ABŞ prezidenti 'millətlərin koalisiyası'nı istəyir

Fərda Əsədov
Fərda Əsədov

Ekspert deyir ki, ABŞ prezidentinin məntiqi aydındır.

“İran Əsəd rejimini dəstəkləməkdən əl çəkməlidir. Eyni zamanda Vaşinqtonun gözündə Rusiya, Türkiyə və İranın birləşməsi sülh amili deyil, təhlükədir. Bakıya gəlincə, müəyyən problemlərin olmasına baxmayaraq, Azərbaycanla İran arasında münasibətlər çox vacibdir. Regionda vəziyyət ABŞ və İran amili ilə məhdudlaşmır. Azərbaycan regional problemlərin həllində təşəbbüskar və fəal tərəfdaş olmalıdır”.

F.Əsədova görə, əgər ABŞ-ın Yaxın Şərqdəki siyasəti sosial gərginlik yaradarsa, regionda radikal əhval-ruhiyyə artacaq. Bu da ekstremizmə əlavə zəmin yaradacaq.

Buna da bax:​ Donald Truma Səudiyyə Ərəbistanın ali ordeni verildi

"Sosial hüququn müdafiəsi, islahatlarda vətəndaş iştirakı təmin olunmalıdır. Bu, dövlət strukturlarının effektivliyini təmin edəcək və cəmiyyətin bütün səviyyələrdə sabitliyə can atmasını artıracaq", - ekspert vurğulayıb.

Mayın 21-i Səudiyyə Ərəbistanı paytaxtı Ər-Riyadda Ərəb-İslam-Amerika sammiti keçirilib. Həmin sammitdə çıxış edən ABŞ prezidenti D. Trump müsəlman dünyasını terrorizmlə mübarizədə birliyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG