Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 21:51

ABŞ prezidenti 'millətlərin koalisiyası'nı istəyir


D.Trump

ABŞ prezidenti Donald Trump Yaxın Şərqdə ekstremizmin kökünün kəsilməsindən ötrü «millətlərin koalisiyası»nı qurmağa çağırıb. O, mayın 21-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda 50-dən çox müsəlman ölkəsi liderlərinin sammitində çıxış edib.

Ərəb-İslam-Amerika sammitindəki çıxışında Trump İranı «məzhəb münaqişəsi və terror alovu»nu körükləndirməkdə suçlayıb, Tehranın beynəlxalq təcridinə çağırıb.

Trump ekstremizmlə mübarizənin məsuliyyətini regionun üzərinə qoyub, deyib ki, müsəlman liderləri terrorçuları ölkələrindən qovmalıdırlar.

«Terrorçuları və ekstremistləri ölkələrinizdən qovacağınız halda, daha yaxşı gələcək qura bilərsiniz», – o deyib.

Trump söz verib ki, «Amerika öz həyat tərzini sizə sırımağa çalışmayacaq», ancaq əməkdaşlıq və inam xatirinə əlini uzadacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG