Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Sentyabr, Cümə, Bakı vaxtı 16:40

Donald Truma Səudiyyə Ərəbistanın ali ordeni verildi


Donald Trump və Salman bin Abdulaziz Al Saud

ABŞ Prezidenti Donald Trump Səudiyyə Ərəbistanın ali mükafatı olan kral Abdel Aziz adına ordenlə təltif olunub.

O, hakim krallığın banisidir.

Ona bu mükafatı indiki Səudiyyə kralı Salman təqdim edib.

ABŞ prezidenti Donald Trump hazırda Səudiyyə Ərəbistanənda səfərdədir.

Səfər zamanı Səudiyyə Ərəbistanının ABŞ-dan 3 milyard dollardan artıq silah alması barədə müqavilə imzalanıb.

İki ölkə bunadək hava hücumlarından müdafiə sisteminin inkişaf etdirilməsi sahəsində tərəfdaşlıq barədə razılıq əldə ediblər.

Donald Trump regiona səfəri çərçivəsində həmçinin İsrail, Vatikan, Belçika və Sicilyaya edəcək.

ABŞ prezidenti Sicilyada böyük 7-lər ölkələrinin sammitində iştirak edəcək.

Məlumatlara görə Donald Trump Ər Ryada səfəri zamanı keçmiş prezident Barack Obama dövründə bir qədər gərginləşmiş ikitərəfli münasibətləri yaxşılaşdırmağa çalışacaq.

Brüsseldə isə NATO olkələri rəhbərlərinin qeyri-rəsmi görüşünə qartılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG