Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 00:12

Prezident Abu-Dabinin vəliəhdi ilə görüşüb


Mohammed Bin Zayed Al Nahyan

Azərbaycan prezidenti İlham Əliyev mayın 21-də Abu-Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Mohammed Bin Zayed Al Nahyan ilə görüşüb.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə ikitərəfli münasibətlər müzakirə edilib.

Görüşdə bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana gələn turistlərin və hava uçuşlarının sayı artıb. İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsindən ötrü yaxşı potensial var.

Söhbət zamanı sərmayə qoyuluşu, enerji sahəsi, Azərbaycanda yaradılan azad ticarət zonasında Birləşmiş Ərəb Əmirliklərinin iştirakı, nəqliyyat, kənd təsərrüfatı və səhiyyə sahələrində əməkdaşlıq məsələləri də nəzərdən keçirilib.

Mayın 21-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda 50-dən çox müsəlman ölkəsi liderlərinin qatıldığı Ərəb-İslam-Amerika sammiti keçirilib. Sammitdə ABŞ prezidenti D.Trump da iştirak edib.

Azərbaycan prezidenti İlham Əliyev isə mayın 19-da Səudiyyə Ərəbistanına səfər edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG