Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Avqust, Bazar ertəsi, Bakı vaxtı 16:48

'Rüşvət tələb edən kiberhücumu' törədənlər axtarılır


kiberhücum (arxiv fotosu)

100-dək ölkədə kütləvi reket kiberhücumunu törədənlərin axtarışı gedir. Mayın 13-də qlobal biznes şirkətləri müdafiəni gücləndirdiklərini bildiriblər. Belə ki, ekspertlər hücumlardakı fasilənin müvəqqəti ola biləcəyini açıqlayıblar.

Mayın 12-də kiberhücum azı 100 min kompüteri vurandan sonra səngiyib. Virus yayanlar kompüter sahiblərindən bitkoynla 300-600 dollar tələb ediblər.

Buna da bax:​ Rusiya kiber-əməliyyatlara kriminalları necə cəlb edir

Claroty kibertəhlükəsizlik şirkətinin rəhbəri Patrick McBride “Reuters” xəbər agentliyinə deyib ki, hücumda fasilə yaransa da, yenə baş verəcək.

Avropanın polis agentliyi olan Europol da hücumun qayıdacağını gözlədiklərini vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG