Keçid linkləri

2017, 25 İyul, çərşənbə axşamı, Bakı vaxtı 08:54

Fransanın yeni prezidenti Emmanuel Macron prezident kimi ilk rəsmi mərasimə qatılıb.

Ölkə Nasist Almaniyası üzərində qələbənin 72 illiyini qeyd edir. Arc de Triomphe-də təşkil edilən bu mərasimə yola salınan prezident Francois Hollande Macronla birgə gəlib. Hollande seçki kampanisyası vaxtı Macronun xeyrinə təbliğat aparırdı.

Emmanuel Macron mayın 7-də Fransanın prezidenti seçilib. O, rəqibi, qatı millətçi Marine Le Penə 66 faiz səs çoxluğu ilə qalib gəlib. Macron seçki nəticələri elan olunandan sonra bildirib ki, Avropa İttifaqı ilə əlaqələri daha da gücləndirəcək. Macron Napaleon dövründən bəri ölkənin ilk ən gənc prezidentdir.

Reuters agentliyi yazır ki, seçkidə 34 faiz səslə məğlub olan Marine Le Pen Macronu təbrik edib. Həmçinin o, Fransanın ana müxalifətinə “bütün vətənsevərlər bizə qoşulun” deyə çağırış edib.

Agentlik yazır ki, Le Pen seçkidə məğlubiyyətini rəqslə qeyd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG