Keçid linkləri

2017, 25 İyul, çərşənbə axşamı, Bakı vaxtı 08:53

Fransa prezidentliyinə namizəd Emmanuel Macron artıq səs verib.

O, səsverməyə həyat yoldaşı Brijit-lə birlikdə gəlib.

Macron, kurort şəhəri Le-Tuke şəhərindəki ( Pa-de-Kale departamenti, Fransanın şimal-qərbi) seçki məntəqəsində səs verib.

Macron yolboyu tərəfdarları ilə xeyli salanmalışb, onlarla “selfi” çəkdirib.

Prezidentliyə digər namizəd Marine Le Pen isə Enen-Bomon şəhərindəki seçki məntəqəsində səs verib.

Onun namizədliyi məhz bu şəhərdən qeydə alınıb.

Məlumatlara görə təhlükəsizlik baxımndan o, seçki məntəqəsinə piyada-seçiciləri ilə görüşə-görüşə gəlməkdən imtina edib.

Bu dəfə o,məntəqəyə maşınla və xeyli sayda mühavizəçi ilə gəlib. Səs verdikdən sonra da mühavizəçilərinin müşaiyəti ilə kütlənin arasından keçərək maşına oturub.

Son rəy sorğusunun nəticələri seçkinin ikinci mərhələsində Emmanuel Macronun qalib gələcəyini göstərir.

Qeyd edək ki, mayın 7-də Fransada prezident seçkisi keçirilir.

Qatı Millətçi namizəd Marine Le Pen ölkənin Avropa Birliyindən çıxmasına çalışacağını vəd edib.

Mərkəzçi namizəd Emmanuel Macron isə ölkənin Avropa Birliyində qalmasının tərəfdarıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG