Keçid linkləri

2017, 21 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 19:46

Macron-un qələbəsinin sirri [təhlil]


Fransanın indiki prezidenti Francois Hollande (solda) və Emmanuel Macron

Fransada prezident seçkisində müstəqil namizəd, avropapərəst Emmanuel Macron ifrat sağçı Marine Le Pen üzərində qələbə çalıb. “Financial Times” qəzeti bu seçkinin Fransanı parçaladığını yazır. Seçkinin hər iki raundunda seçici siyahılarının dairələr üzrə təhlili onların iki namizəd arasında necə bölündüyünü ortaya çıxarır.

Macron birinci raundda solçu namizədlər Jean-Luc MélenchonBenoît Hamon-a səs vermiş elektoratı tərəfinə çəkə bilib. Maraqlısı odur ki, birinci raundda sağ-mərkəzçi François Fillon-a səs verənlərin, demək olar ki, yarısı ikinci raundda onu dəstəkləyib.

Le Pen-ə gəlincə, o, ikinci raundda Fillon tərəfdarlarının, eləcə də Mélenchon seçicilərindən 10 faizinin səsini qazanıb. Gözlənildiyi kimi, Mélenchon tərəfdarlarından üçdə birindən çoxu səsverməyə getməyib.

Buna da bax:​ Emmanuel Macron Fransa prezident seçkisinin qalibi oldu (VİDEO)

Qəzet yazır ki, Avropa Macron-un qələbəsindən sonra rahat nəfəs aldı. Bəs o, dəstəyini necə qazandı? Məqalədə bu qələbənin səbəbləri araşdırılır.

TƏHSİL VƏ GƏLİR AMİLİ

Təhsil səsvermədə əsas faktoru sayılır. Universitet təhsilli şəxslərin daha çox olduğu ərazilərdə Macron-a səs verənlərin faizi yüksəkdir. Le Pen isə təhsil səviyyəsi aşağı olan yerlərdə üstünlük qazanıb.

“Financial Times” oxşar təhlili 2016-cı ildə Böyük Britaniyanın Avropa Birliyindən çıxmasıyla bağlı referendum vaxtı (Brexit), eləcə də ABŞ-da prezident seçkisiylə bağlı da aparmışdı. Yəni həmin səsvermələrdə də populist yanaşmanı aşağı təhsillilər seçmişdi.

Qəzetin üstündə dayandığı digər amil gəlirlərdir. “FT” yüksək gəlirli şəxslərin Macron-a daha çox səs verəcəyini proqnozlaşdırmışdı. Maraqlısı odur ki, yüksək gəlirli şəxslər şəhər yerlərində yaşayırlar və bu zaman digər sosial faktorlar da təsirini göstərir. “Brexit” referendumunda da az gəlirlilərin AB-dən çıxmağa səs verdilər.

Buna da bax: Merkel-in partiyası əyalət seçkilərini udur

FƏHLƏ SİNFİ VƏ İŞSİZLİK

Marine Le Pen-in seçiciləri arasında əsas qüvvələrdən biri fəhlə sinfidir. Bu kateqoriyaya əl əməyi ilə çalışanlar və xidmət sektorundakı məhdud bacarıqlı işçilər daxildir. Bu sinif ona görə Le Pen-in arxasınca gedib ki, özlərini isteblişment tərəfindən tərk edilmiş və qlobalizasiya qurbanları kimi görürlər. Ancaq FT-nin təhlili reallığın daha mürəkkəb olduğunu göstərir. Təhsil və yaş məsələsi nəzərə alınanda, fəhlə sinfi amili kiçilir. Çünki universitet təhsilli şəxslər daha məhdud bacarıq tələb edən peşələrdə çalışmırlar. Digər tərəfdən fəhlə sinfi daha çox mühacirlərdən ibarətdir ki, onların da səsvermə hüququ yoxdur.

Aşağı gəlir kimi, işsizliyi də Le Pen qlobalizasiyanın nəticəsi adlandırıb. Birinci raundda işsizlik Mélenchon-a səs verənlərin əsas indikatoru idi. Maraqlıdır ki, ölkə üzrə xarakterik olan işsizlik şəhər yerlərində Le Pen-in səs qazanmasında elə də böyük rol oynaya bilməyib.

Buna da bax:​ Macron-un görəcək günləri qabaqdadır

İkinci raundda seçicilər arasında rəy sorğuları Le Pen tərəfdarlarının gələcəklə bağlı daha bədbin olduğunu göstərib. Macron-a səs verənlərə baxanda, onların gələcək barədə fikirləri daha bədbindir.

UZUN ÖMÜR, İMMİQRASİYA VƏ ANTİİSTEBLİŞMENT MOTİVASİYASI

Uzunömürlülərin üstünlük təşkil etdiyi regionlar daha çox Macron-a səs veriblər. Bu əlaqə yetərincə aydın olmasa da, ömür uzunluğunun yaxşı yaşayış və bədbinliklə əlaqəsini düşünənlər var. Görünür, rifahla bağlı fikirlər, həyata müsbət yanaşma seçiciləri Le Pen-in mənfi emosiyalarından daha çox cəlb edib, onlar daha müsbət mesaj verən namizədi dəstəkləyiblər.

Buna da bax: Makron da “Frexit”in mümkünlüyündən danışdı

İmmiqrasiyaya gəlincə, FT konkret ərazilərdə mühacir sayıyla Le Pen-in səs faizləri arasında birbaşa əlaqə tapmayıb. Amma rəy sorğuları Le Pen tərəfdarlarının immiqrasiyanı da nəzərdən keçirdiyini göstərib. Son illər qaçqın böhranı və terror hücumları Fransanı silkələyib. Brexit referendumunda da oxşar durum yaranmışdı, mühacirlərə qarşı çıxanlar birlikdən çıxmağa səs verdilər.

Səsvermədə antiisteblişment ovqatı da az rol oynamayıb. Seçici nə qədər solyönümlü olsa da, Macron-a üstünlük verib. Amma burda bir istisna var. Özünün siyasi baxışlarını “ifrat solçu” sayanlar, “solçu” və “solmeylli”lərdən daha artıq dərəcədə Le Pen-i dəstəkləyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG