Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 02:18

Makron da “Frexit”in mümkünlüyündən danışdı


Emmanuel Macron

Avropa Birliyində islahatlar aparmaq lazımdır, əks halda “Frexit” qaçılmaz ola bilər. Fransada prezidentliyə namizəd Emmanuel Macron belə deyib.

Avropa Birliyinin tərəfdarı olan Makron prezident seçkisinin həlledici mərhələsində bu fikirləri BBC-ə müsahibəsi zamanı dilə gətirib.

Fransada səsvermənin ikinci mərhələsi mayın 7-də olacaq. Seçicilər Makron və sağçı lider Le Pen arasında seçim edəcəklər. Mayın 1-də Makron bəyan edib ki, “Avropa ideyası və Avropa siyasəti” Fransa üçün “aşırı vacibdir”, amma Fransa cəmiyyəti bu gün “çox qəzəbli və səbirsizdir, Avropa Birliyində isə qeyri-sabitlik hökm sürür”.

Le Pen isəprezidentliyə seçiləcəyi təqdirdə Fransanın Avropa Birliyindəüzvlüyü məsaələsini referenduma çıxaracağını vəd verib. O, Avropa Birliyi ilə sərhəddə nəzarətin Fransaya qaytarılacağına vəimmiqrasiyanı əhəmiyyətli dərəcədə azaldacağına söz verib.

Hazırda Makron Le Penlə müqayisədə qələbəyəbir addım daha yaxındır. Sorğularda 20 faiz üstünlük Makrondadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG