Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:46

Emmanuel Macron Fransa prezident seçkisinin qalibi oldu (VİDEO)


Emmanuel Macron və xanımı Brigitte Trogneux
Emmanuel Macron və xanımı Brigitte Trogneux

Fransada prezident seçkisində rəqibi, millətçi Marine Le Pen-ə asanlıqla qalib gəlmiş Emmanuel Macron ölkəsinin Avropa İttifaqı ilə münasibətlərini möhkəmləndirəcəyi barədə bəyanat verib.

Buna qədər üç proqnoz Macron-un səslərin 65 faizinə sahib olacağını göstərirdi.

Macron-un seçki kampaniyası mayın 6-da, seçkiyə bir gün qalmış haker hücumuna məruz qalmışdı.

Emmanuel Macron Fransanın yeni tarixində ən böyük səs üstünlüyü ilə qalib gəlmiş prezident olacaq. O həm də Fransanın tarixində ən gənc dövlət başçısıdır.

Luvr muzeyinin qarşısındakı meydanda çıxış edən Macron izdihama müraciətlə deyib ki, fransızlar öz ölkələri ilə Avropa İttifaqı arasında bağları möhkəmlətməlidirlər.

Avropa İttifaqının tərəfdarı olan insanlar bu seçkinin nəticəsini böyük narahatlıqla gözləyirdilər.

Onlar Britaniyanın Avropa İttifaqından çıxmaq qərarından və ABŞ-da Trump-ın gözlənilməz qələbəsindən sonra daha bir sarsıntının yaşanacağından narahat idilər.

Seçkinin nəticəsi elan ediləndən az sonra Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker Tvitterdə yazıb: “Xoşbəxtəm ki, Fransa Avropanın gələcəyini seçdi”.

Almaniya kansleri Angela Merkel isə Macron-un qələbəsini “güclü və birləşmiş Avropanın qələbəsi” adlandırıb.

Ağ Evin yaydığı bəyanatda deyilir ki, Vaşinqton Fransanın yeni prezidenti ilə birlikdə işləməyə və Parislə yaxın əməkdaşlığı davam etdirməyə hazırdır.

--

Son məlumatlara görə mayın 7-də Fransada keçirilən prezident seçkisində seçici fəallığı 65-faizi keçib.

Qanuna görə Fransa mətbuatı, səslər yayılmayınca ilkin nəticələri açıqlaya bilməz.

İlkin nəticələr yaxın saatlarda bəlli olmalıdır.

Seçici fəallığı hələlik pis deyil

Fransa daxili işlər nazirliyinin məlumatına görə günün yarısınadək prezident seçkisində 28,23 faiz seçici iştirak edib.

Bu 2012-ci il prezident seçkisi ilə müqaisədə çüzi azdır. Həmin vaxt günün yarısınadək səsvermədə 30,66 faiz seçici iştirak eləmişdi.

İnsanlar bir müddət Luvr meydanından evakuasiya edilib.

Parisin Luvr meydanından turistlər və jurnalistlər təhlükəsizlik baxımından bir anlığa evakuasiya olunublar.

Buna səbəb meydanda şübhəli çanta aşkar edilməsi olub.

Bu barədə mayın 7-də Accosiated-Press agentlyi məlumat yayıb.

Amma bir qədər sonra heç bir partlayıcı aşkar edilmədiyi bəyan edilib.

TASS-ın məlumatına görə çantada sadəcə videokamera batareyası aşkar edilib.

Luvr meydanı
Luvr meydanı

Qeyd edək ki, Prezidentliyə namizəd Emmanuel Macron axşamı tərəfdarları ilə bu meydanda qeyd etməlidir.

Lvur qarşısındakı səhnə hələ dünən axşam qurulub, bu gün səhər tezdən isə jurnalistləri meydana buraxmağa başlayıblar.

Meydan ictimaiyyət üçün isə yerli vaxtla axşam saat 19-dan açılacaq.

Seçkinin ilik nəticələri elan edildikdən sonra isə namizədin özü meydana gələcək.

Marine Le Pen isə gecəni tərəfdarları ilə “Bois de Vincennes” parkındakı “Chalet du Lac Chalet” gölünün ətrafında keçirəcək.

Bu park Parisin şərqində yerləşir.

Seçkiyə görə ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib.

RİA Novostinin məlumatına görə seçici fəallığı yüksəkdir .

Yerli vaxtla saat 12-dək səsvermədə 28,23% seçici iştirak edib.

Prezidentliyə namizədlər səs verdi

Emmanuel Macvron səsverməyə həyat yoldaşı Brijit-lə birlikdə gəlib.

O, kurort şəhəri olan Le-Turke şəhərindəki( Pa-de-Kale departamenti, Fransanın şimal-qərbi) seçki məntəqəsində səs verib.

Macron yol boyu tərəfdarları ilə xeyli salanmalışb, onlarla “selfi” çəkdirib.

Marine Le Pen isə Enen-Bomon şəhərindəki seçki məntəqəsində səs verib.

Onun namizədliyi məhz bu şəhərdən qeydə alınıb.

Məlumatlara görə təhlükəsizlik baxımndan o, seçki məntəqəsinə piyada-seçiciləri ilə görüşə-görüşə gəlməkdən imtina edib.

Bu dəfə o,məntəqəyə maşınla və xeyli sayda mühavizəçi ilə gəlib. Səs verdikdən sonra da mühavizəçilərinin müşaiyəti ilə kütlənin arasından keçərək maşına oturub.

Fransa prezidenti Francois Hollande də artıq səs verib.

Prezidentliyə namizədlər Emmanuel Macron,Marine Le Pen və prezident Francois Hollande səs verirlər
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

--

"Femen" qızlar yenə də Marine Le Penə qarşı

“Femen” qızlar hərəkatının bir qrup üzvü Fransa prezidentliyinə namizəd Marine Le Penə qarşı etiraz aksiyası keçiriblər.

Yarıçılpaq 5 qız təmirdə olan kilsənin başına dırmaşaraq Le Pen Əleyhinə plakat asıblar.

Femen qrupunun üzvləri
Gözlə
Embed

No media source currently available

0:00 0:01:04 0:00

Amma az sonra hadisə yerinə gələn polislər qızları həbs edərək aparıblar.

İnsident seçki günü-mayın 7-də Enin Bomu (Henin-Beaumont) şəhərində baş verib.

Bu şəhərdə hakimiyyət son 3 ildir ki, Le Penin “Milli cəbhə” partiyasındadır.

Xatırladaq ki, “Femen” hərəkatının fəallarə təxminən 2 həftə bundan əvvəl də bu şəhərdə Marine Le Penə qarşı etiraz aksiyası keçirmişdilər.

--

Mərkəzçi Emmanuel Macron AB-yönlü platformanı təbliğ edir. İmmiqrasiyaya qarşı çıxan millətçi Marine Le Pen isə Fransanın AB-dən ayrılması, avrodan imtinasının tərəfdarıdır.

Buna da bax:​ Fransa prezident seçkisinin ikinci turunda Macron və Le Pen üzləşəcəklər

48 yaşlı Le Pen-lə 39 yaşlı Macron-un seçki kampaniyası xeyli kəskinləşib. Le Pen Macron-u islamçı fundamentalizmə, ölkəyə digər təhdidlərə yumşaq mövqe tutmaqda suçlayıb.

“Le Pen-in yeganə strategiyası Macron-a ziyan vurmaq, onu qlobalist namizəd kimi göstərmək, siyasi yanaşmasının, siyasətinin Fransaya təhlükə yaratdığını iddia etməkdir”, – Avropa Siyasəti üzrə EUROPEUM İnstitutunun direktor müavini Martin Michelot AzadlıqRadiosu-na deyib.

Buna da bax: Macron-un kampaniyasına haker hücumu olub

Seçkinin aprelin 23-dəki birinci raundundan sonra Macron rəy sorğularında öndə gedir. Mayın 5-də, kampaniyanın son günündə keçirilmiş sorğuda o, hətta 62-38 səs fərqiylə rəqibini qabaqlayıb.

Namizədlərin 3 may debatında Macron Le Pen-i “qorxu kahinəsi” adlandırıb. “Le Monde” qəzeti həmin debatın “əvvəldən sonadək kobud və zorakı bəyanatlarla keçdiyini” yazıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG