Keçid linkləri

2017, 21 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 19:51

Fransada prezidentliyə namizəd Emmanuel Macron-un kampaniyası “böyük və koordinasiya olunmuş haker hücumu”na məruz qaldığını bildirib. Məlumata görə, hücum mayın 5-də axşam kampaniyanın xeyli sayda daxili sənədinin internetdə yayılmasıyla sonuclanıb.

Macron-un En Marche! (İrəli) partiyası bəyanatında bildirib ki, bu sənədlər “rəsmi kampaniyanın son saatında” yayılıb. Məqsəd “açıq-aşkar, Birləşmiş Ştatlarda son prezident seçkisi kampaniyasında olduğu kimi, demokratik sabitsizlik yaratmaq” olub, partiya bildirir.

Buna da bax:​ 'Ya mən, ya da madam Merkel' – Teledebat

Partiyanın bəyanatına görə, belə irimiqyaslı haker hücumuna “daha öncə Fransada seçki kampaniyasında rast gəlinməyin”. WikiLeaks saytı “Twitter” sosial şəbəkəsində həmin sənədlərin linkini yerləşdirib, sənədlərdə bu il aprelin 27-dək olan müddəti əhatələyən on minlərlə elektron məktubu, fotonu, müxtəlif əlavələrin olduğunu vurğulayıb. Wikileaks sənədlərin yayılması üçün məsuliyyət daşımadığını qeyd edib, ancaq onları haradan əldə etdiyini də açıqlamayıb.

Ötən il ABŞ-da prezident seçkiləri kampaniyası zamanı Demokratlar partiyasının sənədləri də oxşar üsulla yayılmışdı. Daha sonra ABŞ kəşfiyyat agentlikləri Rusiya hökumətinə işlədiyi bildirilən hakerlərin izinə düşdülər.

Buna da bax: Makron da “Frexit”in mümkünlüyündən danışdı

Macron-un kampaniyası bildirib ki, bu sızdırılmanın məqsədi onun opponenti, ifrat sağçı, millətçi Marine Le Pen-in seçilmə şanslarını artırmaqdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG