Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 06:46

'Ya mən, ya da madam Merkel' – Teledebat


Ammanuel Macron və Marine Le Pen

Mayın 3-də Fransada prezidentliyə namizədlərin teledebatı kəskin keçib, tərəflər bir-birini Avropa Birliyi, terrorçuluqla mübarizə və Rusiyayla münasibətlər mövzularıyla bağlı təhqir və tənqid ediblər.

Rəy sorğuları 39 yaşlı mərkəzçi Emmanuel Macron-un 48 yaşlı qatı millətçi Marine Le Pen-dən 20 faiz öndə olduğunu göstərir. Mayın 7-də prezident seçkisinin son raundu keçiriləcək və bu, Fransada son on illərin ən vacib seçkisi sayılır.

Le Pen Macron-un keçmişdə investisiya bankiri olmasına istinad edərək, onun iqtisadiyyatın «uberizasiya»sına tərəfdar olduğunu, qloballaşmanın nəzarətdən çıxdığını söyləyib.

Macron isə Le Pen-in avronu tərk etmək planını «təhlükəli» adlandırıb, bunun valyuta müharibəsinə yol açacağını söyləyib. O, Le Pen-in iqtisadi problemlərin həllindən ötrü real həll variantlarının olmadığını vurğulayıb.

Macron Le Pen-ə «parazit», Le Pen isə ona «səfeh bankir» deyib.

Le Pen Macron-u islamçı ekstremizm təhlükəsini görməməkdə ittiham edib. Deyib ki, o, Avropa Birliyinin ölkəni idarə etməsinə icazə verəcək. «Nə olursa, olsun, Fransanı qadın idarə edəcək, ya mən, ya da madam Merkel», – deyən Le Pen Almaniya kanslerinə işarə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG