Keçid linkləri

2017, 21 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 19:51

Azərbaycan dövlət başçısı İlham Əliyev Fransanın yeni seçilmiş prezidenti Emmanuel Macron-a təbrik məktubu göndərib.

«Qazandığınız qələbə dost Fransa xalqının sizə olan etimadının və irəli sürdüyünüz yeniləşmə xəttinə dəstəyinin göstəricisidir», - deyən İ.Əliyev Azərbaycan ilə Fransa arasında ikitərəfli və çoxtərəfli əlaqələrə böyük əhəmiyyət verdiyini vurğulayıb.

Prezident xatırladıb ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədridir: «Erməni silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində işğal edilmiş tarixi torpaqlarımız - Dağlıq Qarabağ və ətrafındakı 7 rayonda etnik təmizləmə siyasəti aparılıb. Bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb».

İ.Əliyev vurğulayıb ki, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib. «Lakin Ermənistan buna məhəl qoymur. Fransa, digər həmsədrlər kimi, indiki status-kvonu qəbuledilməz hesab edir»,-deyə məktubda yazılır. Prezidenti hesab edir ki, münaqişə ancaq beynəlxalq hüququn normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Dünən, mayın 7-si Fransada prezident seçkisinin ikinci turu keçirilib. «En Marche!» hərəkatının lideri E.Macron səslərin çoxunu qazanaraq Fransa prezidenti seçilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG