Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 14:39

Boko Haram 82 məktəbli qızı buraxıb


Boko Haram-ın oğurladığı qızlardan bir dəstəsi

Nigeriya bildirir ki, Boko Haram silahlı qruplaşması 2014-cü ildə oğurladığı 200 məktəbli qızdan 82-ni buraxıb. Bu addım ekstremist qruplaşmanın şübhəli üzvlərinin buraxılması əvəzində atılıb.

Hökumət bu bəyanatı mayın 7-də səhər verib və qızların bir gün öncə buraxılmasıyla bağlı yayılan xəbərləri təsdiqləmiş olub.

Buna da bax:​ Nigeriyadakı terrorda 50-dən çox adam ölüb

Nigeriya rəsmilərinin sözlərinə görə, Boko Haram qrupuyla danışıqlarda onlara İsveçrə hökuməti və Beynəlxalq Qırmız Xaç Komitəsi kömək edib.

Bəyanatda deyilir ki, bu gün – mayın 7-də qızlar paytaxt Abucada prezident Muhammadu Buhari ilə görüşəcəklər.

Buna da bax: Boko Haram-la mübarizə konfransı

Al-Qaedaya bağlı ekstremist qruplaşma 2014-cü ilin aprelində Çibok şəhərindəki orta məktəbdən qızları oğurlayıb. Onlardan 57-si bir neçə aydan sonra qaça bilib. Daha sonra 20-dən çox qız azadlığa buraxılıb. 113 məktəblidən hələ də xəbər yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG