Nigeriyanın Madagali şəhərindəki ticarət mərkəzində baş verən terror nəticəsində 50-dən çox adam ölüb, yüzlərlə yaralı var.
Hökumət terrora görə "Boko Haram" qruplaşmasını ittiham edir.
"Boko Haram" Madagali şəhərini 2014-cü ildə ələ keçirmişdi. Hökumət qüvvələri şəhəri keçən il geri almışdı.