Keçid linkləri

Təcili xəbərlər
2018, 21 May, Bazar ertəsi, Bakı vaxtı 03:32

İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir


Yousef bin Ahmad Al-Othaimeen

“Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə əlaqələrin hərtərəfli inkişafına xüsusi önəm verir. İslam dünyası ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişlənməsində İƏT əvəzsiz platformadır”.

İƏT-in Azərbaycanda rəsmi səfərdə olan baş katibi Yousef bin Ahmad Al-Othaimeeni mayın 3-də qəbul edən xarici işlər naziri Elmar Məmmədyarov belə deyib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Buna da bax:​ Prezident İƏT baş katibini qəbul edib

Görüşdə Azərbaycan-İƏT əməkdaşlığının inkişafından məmnunluq ifadə olunduğu bildirilir.

Rəsmi Bakının İƏT-in beynəlxalq arenada rolunun artmasında maraqlı olduğunu bildirən E.Məmmədyarov Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı qurumun yekdil və birmənalı mövqeyini yüksək qiymətləndirib.

Görüşdə Qarabağ münaqişəsi də diqqət mərkəzində olub.

XİN-in xəbərinə görə, İƏT-in baş katibi isə öz növbəsində deyib ki, Azərbaycan dinlərarası dözümlülük və mədəniyyətlərarası dialoq baxımından nümunəvi bir məkana çevrilib.

Buna da bax: İlham Əliyev: 'Ermənistan sanksiyalara məruz qalmalıdır'

Yousef bin Ahmad Al-Othaimeen İƏT-in Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qəti, dəyişməz dəstəyini diqqətə çatdırıb.

Yousef bin Ahmad Al-Othaimeen günün birinci hissəsi isə prezident İlham Əliyevlə görüşmüşdü.

İslam Konfransı Təşkilatı 1969-cu ildə Mərakeşdə yaradılıb. 2011-ci il Astana sammitində bu qurum İslam Əməkdaşlıq Təşkilatı adlandırılıb.

Buna da bax:​ 'Azərbaycan Ermənistana atalıq edən Rusiyadan ədalət gözləyir'

Azərbaycan 1992-ci ildən bu qurumun üzvüdür. Hazırda İƏT sıralarında 60-a yaxın ölkəni birləşdirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG