Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Avqust, Bazar ertəsi, Bakı vaxtı 16:50

İlham Əliyev: 'Ermənistan sanksiyalara məruz qalmalıdır'


Nawaz Sharif və İlham Əliyev, 28 fevral, 2017

“Ermənistan BMT qətnamələrə əməl etməli və ya sanksiyalara məruz qalmalıdır”.

Bunu martın 1-də Pakistan İslam Respublikasının paytaxtı İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Sammitində prezident İlham Əliyev deyib.

Buna da bax:​ Sarkisian Putinlə Qarabağdakı vəziyyəti müzakirə edəcək

Prezident deyib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal edilib:

“Tarixi torpağımız olan Dağlıq Qarabağ və ətraf yeddi rayonumuz işğal altındadır. Bu ərazilərdə etnik təmizləmə aparılmış, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə bütün tarixi abidələrimiz, məscidlərimiz və qəbirstanlıqlarımız dağıdılmışdır. Ermənistan 1992-ci ildə Azərbaycana qarşı soyqırımı törədib. Xocalı soyqırımı nəticəsində qətlə yetirilən 613 mülki şəxsdən 106-sı qadın, 63-ü uşaq, 70-i isə qoca olub Min nəfərdən çox insan itkin düşüb”.

Buna da bax:​ Ermənistanın baş naziri diasporanı “əcdadların torpaqlarına” dəvət edir

İlham Əliyev vurğulayıb ki, BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul edib. Həmin qətnamələrdə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılması tələb olunur.

“İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı və digər mötəbər beynəlxalq təşkilatlar bənzər qətnamə, qərarlar qəbul ediblər. Ermənistan bu qətnamələrə əməl etməli və ya sanksiyalara məruz qalmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir”.

Xatırlatma

Azərbaycan prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Sammitində iştirak etməkdən ötrü fevralın 28-də Pakistan İslam Respublikasına getmişdi.

Buna da bax:​ Prezident sammitdə Pakistana təşəkkür edib.

O, Pakistan İslam Respublikasının prezidenti Mamnoon Hussain (Məmnun Hüseyn), baş nazir Muhammad Nawaz Sharif və Türkiyə prezidenti Receb Tayib Erdoğanla görüşüb.

İqtisadi Əməkdaşlıq Təşkilatını 1995-ci ildə Türkiyə, Pakistan və İran yaradıb.

Azərbaycan 1993-cü ildən bu qurumla əməkdaşlıq edir.

Prezidentin Pakistan səfəri başa çatıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG