Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 12:23

ABŞ prezidenti Donald Trump rusiyalı həmkarı Vladimir Putin-ə mayın 2-də günorta saatlarında zəng edəcək. Bu haqda Ağ ev məlumat yayıb.

Rəsmilərin dediyinə görə, liderlər Suriyada vətəndaş müharibəsini müzakirə edəcək. Moskva Suriyada prezidenti Bashar al-Assad hökumətini, Birləşmiş Ştatlar isə üsyançıları dəstəkləyir.

Ötən ay Trump Suriyada hava bazasının vurulmasına göstəriş verib. Səbəb Assad hökumətinin törətdiyi deyilən kimyəvi qaz hücumunda 90 dinc sakinin həlak olmasıydı.

Suriya isə həmin hücuma görə Suriya hökumətinin məsuliyyət daşımadığını deyirdi.

Trump hücumdan sonra Vaşinqtonla Moskvanın münasibətlərinin heç vaxt belə aşağı səviyyədə olmadığını söyləmişdi.

Trump prezident postuna gələndən Putin-lə bir neçə dəfə telefonla danışıb.

İki ölkənin xarici işlər nazirləri isə gələn həftə Alyaskada Arktika sammiti çərçivəsində görüşəcək və Suriyanı müzakirə edəcəklər. Rusiya Xarici İşlər Nazirliyi mayın 1-də bu haqda məlumat yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG