Keçid linkləri

Təcili xəbərlər
2018, 16 İyul, Bazar ertəsi, Bakı vaxtı 01:04

AB ilə danışıqlar məhsuldar keçir


Azərbaycan xarici işlər nazirliyi

“Prezident İlham Əliyevin bu ilin fevralında Brüsselə səfəri əsnasında keçirilmiş görüşlər və səsləndirilən bəyanatlar Azərbaycan-Avropa Birliyi əməkdaşlığının inkişafında mühüm zəmin yaradıb”.

Aprelin 26-da Avropa Birliyinin (AB) Xarici Siyasət Xidmətinin Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya və ATƏT üzrə direktoru Lyuk Devini qəbul edən xarici işlər naziri Elmar Məmmədyarov belə deyib.

Buna da bax:​ Deputat: 'QHT sektorunda problem yoxdur'

E.Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinə də toxunub. O deyib ki, həlli uzadılmış münaqişələrə münasibətdə ərazi bütövlüyü və suverenliyə hörmət prinsipi əsasında vahid mövqedən yanaşılması vacibdir.

Görüşdə Azərbaycan və Avropa Birliyi arasında münasibətlərin hazırkı səviyyəsi, əməkdaşlıq perspektivləri diqqət mərkəzində olub. Xüsusilə Azərbaycan-AB arasında tərəfdaşlıq sazişi üzrə rəsmi danışıqlar prosesinin başlanmasına dair geniş fikir mübadiləsi aparılıb.

Nazirlikdən yayılan məlumata görə, L.Devin Bakıda Azərbaycanla AB arasında tərəfdaşlıq sazişinin razılaşdırılması ilə bağlı keçirilən danışıqlara toxunub. O, deyib ki, saziş layihəsi üzrə aparılan danışıqlar məhsuldar keçir, bundan məmnundurlar.

Buna da bax: Avropa Birliyinin QHT-lərlə bağlı tövsiyələri

Müzakirələrdə sazişlə bağlı danışıqların tezliklə yekunlaşmasından ötrü görüşlər və video konfranslar vasitəsilə təmasların davam etdiriləcəyi bildirilib.

Xatırlatma

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla çərçivə sazişi imzalayıb.

Buna da bax: Avropa Birliyi ilə danışıqlardan nə gözlənir?

Azərbaycan rəsmiləri son illər bəyan edirdilər ki, onlar artıq, Avropa Birliyi və bu quruma üzv ölkələrlə ayrılıqda əməkdaşlığa üstünlük verirlər.

2016-cı il iyulun 6-da isə Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi, enerji və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.

Bu ilin fevralından isə ikitərəfli danışıqlar başlayıb. Dünən aprelin 25-i və aprelin 26-da tərəflər arasında danışıqların növbəti mərhələsi keçirilib. Danışıqların Azərbaycan Xarici İşlər Nazirliyində aparıldığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG