Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 17:54

Avropa Birliyi ilə danışıqlardan nə gözlənir?


Malena Mard

Gələn həftə Azərbaycanla Avropa Birliyi (AB) arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi başlayacaq.

Bu barədə aprelin 18-i Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard jurnalistlərin danışıqların gündəliyində vizaların ləğvi ilə bağlı məsələnin olub-olmaması barədə sualının cavabında bildirib.

«Danışıqların geniş gündəliyi var. Biz bu çərçivədə bir sıra məsələləri müzakirə etməyə hazırıq. Danışıqların başlanmasını səbirsizliklə gözləyirik», - o qeyd edib.

Aprelin 25-də Bakıda Azərbaycan və Avropa Birliyi arasında yeni saziş üzrə danışıqlar başlanacağı bildirilir. Danışıqların başlanmasından ötrü «Şərq tərəfdaşlığı» məsələləri, Rusiya və Mərkəzi Asiya ilə əməkdaşlıq üzrə direktor Luke Devin Bakıya gəlməlidir.

Bu günlər Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev demişdi ki, Avropa Birliyi ilə danışıqlarda vizaların ləğvi məsələsi də müzakirə edilə bilər.

XATIRLATMA

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna Avropa Birliyi ilə assosiasiya sazişi imzalayıblar.

Azərbaycan rəsmiləri isə son illər bəyan edirdilər ki, onlar Avropa Birliyi və bu quruma üzv ölkələrlə ayrılıqda əməkdaşlığa üstünlük verirlər.

2016-cı il iyulun 6-da Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.

Bu ilin fevralında isə Azərbaycanla Avropa Birliyi arasında ikitərəfli əməkdaşlıqla bağlı danışıqların ilkin mərhələsi keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG