Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 02:13

Avropa Birliyinin QHT-lərlə bağlı tövsiyələri


QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev

Aprelin 18-i Bakıda «QHT-lərə dair Azərbaycan qanunvericiliyi və praktikasının Avropa standartlarına uyğunlaşdırılması» adlı konfrans keçirilib.

Konfransın təşkilatçısı Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyi olub

Tədbirə Prezident Administrasiyasının, Milli Məclisin, Ədliyyə Nazirliyinin təmsilçiləri, 50-dən çox QHT nümayəndəsi və xarici ölkələrin səfirləri qatılıblar.

Konfransın əsas məqsədinin QHT-lərlə bağlı ölkə qanunvericiliyinin tələblərini Avropa standartlarına uyğunlaşdırmaq olduğu bildirilib. Bununla bağlı AB nümayəndəliyi tövsiyələr təqdim edib.

Bu tövsiyələrə QHT-lərin dövlət qeydiyyatına alınmasının sadələşdirilməsi, xarici donorların Azərbaycanda fəaliyyətinə şərait yaradılması və bu sektorun bəzi təmsilçilərinə verilən yüksək cərimələrin ləğv olunması daxildir.

Deputat, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bu sahədə son illər qanunvericiliyə edilən dəyişikliklərin Azərbaycanın geosiyasi baxımdan çox həssas bölgədə yerləşməsi ilə əsaslandırıb: «Buna görə də hesab edirəm ki, tərəfdaşlarımız QHT sahəsində qanunvericiliyə edilmiş dəyişiklikləri anlayışla qarşılamalıdır».

A.Quliyev deyib ki, Azərbaycanda ötən il xarici donorların fəaliyyəti ilə bağlı bir sıra addımlar atılıb, «vahid pəncərə» sistemi qəbul edilib və sənədləşmə asanlaşdırılıb.

Deputat tərəfdaşlara görüş zamanı alternativ təklif verildiyini bildirib: «Bu hüquqi prosedurlardan keçmək istəməyən xarici donorlar üçün QHT-lərə Dövlət Dəstəyi Şurasının bank hesabını təqdim edirik»,-deyə o qeyd edib.

Bəzi vətəndaş cəmiyyəti təmsilçiləri hesab edirlər ki, son illər Azərbaycan qanunvericiliyinə edilən bir sıra dəyişikliklər QHT-lərin qeydiyyatını çətinləşdirib, xarici QHT-lərin ölkədə fəaliyyətini mümkünsüz hala gətirib. Üstəlik, bəzi QHT rəhbərlərinin həbs edildiyi, bank hesablarının dondurulduğu qeyd edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG