Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:20

'Azərsığorta'nın filial direktorunun qətlə yetirildiyi bildirilir


Arxiv fotosu

"Azərsığorta" dövlət sığorta şirkətinin Tovuz filialının direktoru Raya Bayramovanın iş otağında küt alətlə başından vurularaq qətlə yetirildiyi bildirilir. “APA” informasiya agentliyinin qərb bürosunun məlumatına görə, meyitin müayinəsi zamanı bu qənaətə gəlinib.

Daha öncə agentlik Raya Bayramovanın iş otağında ölü tapılması barədə xəbər yaymışdı.

Buna da bax:​ Sığorta şirkətindən şikayət var

R. Bayramovanın müavini də xəsarət alaraq, xəstəxanaya yerləşdirilib. Aprelin 22-də səhər saatlarında R. Bayramovanın müavini Vidadi Vəliyev kəllə-beyin travması xəsarəti ilə Tovuz rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. O, qurumun yerləşdiyi binanın damından yıxılaraq xəsarət aldığını deyib.

Hüquq-mühafizə orqanlarının faktla bağlı araşdırma apardığı qeyd olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG